Əsas vəzifə öhdəlikləri:
· Potensial müştərilərin axtarışını həyata keçirmək və onlarla görüşlər keçirmək, şirkətlə əməkdaşlığa dəvət etmək
· Müştərilərin istəyinə əsasən uyğun sığorta məhsullarını təklif etmək;
· Sığorta məhsulları və qaydaları haqqında müştərinin dəqiq məlumat almasında ona köməklik göstərmək;
· Sığorta məhsullarının satışı üzrə müəyyən olunan planı yerinə yetirmək
· Yeni və mövcud müştərilər üzrə məlumat bazasını aparmaq
· Müştərinin ilk müraciət anından onunla işləmək: qiymət üzrə təkliflər hazırlamaq və müraciət edən müştəriyə təqdim etmək.
İş şərtləri
İş günü 5/2 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir) İş vaxtı: I-IV günlər 09:30 - 17:30, V gün 09:30 -17:00
· İş yeri Bakı şəhəri, Səbail rayonu, Vəli Məmmədov küçəsi 16
· Əmək haqqı namizədin bilik və bacarığına uyğun olaraq dəyişəcək
· Yaş: 22 - 55
· Cinsi: Bəy və Xanım
· Təhsil: Natamam Ali və Ali
· İş təcrübəsi: Sığorta sahəsi üzrə təcrübə tələb olunmur
· Dil bilikləri: Azərbaycan dili (əla), əlavə olaraq Rus dili (arzu olunandır)
· MS Office proqramları ilə işləmək bacarığı
· Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı
· Yenilikləri tətbiq etmək bacarığı