Qonaqların Qəbulu Meneceri (Front Office Manager)
ULU HOSPITALITY GROUP Qax Administrative
Tələblər
Share on Google+ Friend Feed Linkedid Twitter Share on facebook
Təsviri

Şirkət: “Ulu Hospitality Group”

Vakansiya: Qonaqların Qəbulu Meneceri (Front

Office Manager)

İş yeri: Qax, El Resort Hotel

Ünvan: Ünvan: Qax, Heydər Əliyev pr, İlisu yolu

İş rejimi: 6 günlük/növbəli

Əmək haqqı: Razılaşma yolu ilə

İş Təsviri:

● Qonaqların qəbulu şöbəsinin effektiv və problemsiz işləməsinə kömək etmək.

● Qonaqların yerləşdirilməsi ilə bağlı bütün fəaliyyətləri istiqamətləndirmək,

● Qonaqların qəbulu şöbəsinin fəaliyyətini planlaşdırır, şöbənin büdcəsini tərtib edir, işinə nəzarət edir.

● Qeydiyyat şöbəsinin bütün əməkdaşlarının hər zaman eksklüziv qonaq xidmətləri göstərmələrini təmin etmək.

● Şirkətin keyfiyyət standartlarını çox yaxşı bilməli və tətbiq etməli, həmçinin tabeliyindəki işçilərə aşılamalı.

● Qonaqların qəbulu şöbəsinin işçiləri ilə dəstəkləyici və çevik formada sıx fəaliyyət göstərmək, əsas diqqəti otelin ümumi uğuruna və qonaqların məmnunluğuna yönəltmək.

● İllik hədəfləri təyin etmək və bu hədəflərə çatmaq.

● Qonaq şikayətləri ilə maraqlanmaq və problemlərin aradan qaldırılmasına nail olmaq.

● Qeydiyyat şöbəsinin işçiləri ilə illik icra göstəricilərinin inkişaf etdirilməsinə dair müzakirələr aparmaq, onlara öz peşəkar karyera hədəflərinə nail olmaqda kömək etmək.

● Şöbə daxilində bütün işçilərə nəzarət etmək, şöbənin əməliyyatlar üzrə təlimatında müəyyən edildiyi kimi düzgün xidmət standartları və metodlarının həyata keçirilməsini təmin etmək.

● Qonaq məlumatı kartlarının səliqəli və düzgün olub-olmamasını yoxlamaq.

● Otaq satışlarının vəziyyətinə və qonaq məlumatlarının toplanılmasına nəzarət etmək.

● Qrup rezervasiyalarına nəzarət etmək və onlara verilən otaqların planlamasını etmək.

● Bütün yazışmaların, rezervasiya ilə bağlı yazışmaların (qonaqlara yazılan məktublar və s.) vaxtında olub-olmamasını yoxlamaq.

● və s.

Tələblər

● Çeviklik, Operativlik

● İş təcrübəsi (minimum 5 il),

● Təfərrüatlara diqqət, dəqiqlik

● Səmimi, nəzakətli və səbirli yanaşma;

● Müştəriyönümlü

Ümumi məlumat
Əlavə edilib: 23-01-2024
Əmək haqqı: razılaşma
Əlaqə məlumatı
Əlaqə üçün e-mail: [email protected]
CV göndərmək

Vakansiya axtarışı