Qaynaqçı
IDEA Baku Manufacturing/Warehouse
Tələblər
Share on Google+ Friend Feed Linkedid Twitter Share on facebook
Təsviri

Qaynaq olunacaq hissələri müəyyənləşdirmək.

Qaynaq avadanlıqlarını yoxlamaq.

Elektrik qaynaq aparatının işləkliyini yoxlamaq, istismara hazırlamaq.

Elektrik xətlərinin sazlığının və elektrod tutucusunun işləkliyini yoxlamaq.

Metalın qalınlığına və tərkibinə uyğun elektrodu seçmək.

Seçilmiş elektroda uyğun cərəyan şiddətini seçmək.

Elektrod tutucusuna elektrodu taxmaq.

Qaynaq ediləcək hissələrin, boruların, detalların ölçülərini almaq.

Qaynaq ediləcək hissələri qalınlıq, diametr və materialdan asılı olaraq hazırlamaq. Düz, üfüqi, şaquli, əngəlli və ya yuxarı mövqelərdə, güzgü ilə qaynaq işləri aparmaq. Əl alətlərindən və ya maşınlardan (çəkic, laqonda, barmaqdaş) istifadə etməklə, əlavə qaynaq hissələrini və qalıqları düzəltmək.

Boru, flyans birləşmələrini, implus xəttlərini, siyirtmələri, kəsilmiş hissələri və digər zəruri avadanlıqları qaynaq çubuğu ilə qaynaq etmək.

Prosedura uyğun olaraq zədələnmiş hissələri təmir etmək.

Kranların köməyi ilə aqreqat və konstruksiyaların quraşdırılması və demontajı zamanı qaynaq işlərini aparmaq.

Quraşdırma prosesində zədələnmiş və sınmış yerləri aşkar etmək və onları qaynaq vasitəsi ilə aradan qaldırmaq.

Qaynaq edilmiş ərazini təmizləmək.

Sex rəisinin tapşırıq və göstərişlərini yerinə yetirmək.

Qüsurlar cədvəli üçün bütün nasazlıqlar və çatışmazlıqların siyahıya alınmasında müvafiq qaydada iştirak etmək.

Qəza və bədbəxt hadisələrin araşdırılmasında müvafiq qaydada iştirak etmək.

Qüsurlar cədvəli üçün bütün nasazlıqlar və çatışmazlıqların siyahıya alınmasında müvafiq qaydada iştirak etmək.

Tabeçiliyində olan avadanlıqlara texniki baxışı həyata keçirmək.

İstifadəsində olan alət və vəsaitlərin saz vəziyyətdə olmasına nəzarət etmək.

Sahənin abadlıq işləri ilə əlaqədar keçirilən tədbirlərində iştirak etmək.

Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitariya və yanğından mühafizənin norma və qaydalarına riayət etmək.

 

 

Tələblər

Yarımavtomat və qaz qaynağını;

Qaynaq tikişlərində qüsurların növlərini, onların qarşısının alınmasını, aradan qaldırılması üsullarını və qaynaq olunan metalların mexaniki xüsusiyyətlərini bilməli;

Elektrodların növlərini və tikişlərin qoyulmasının texnoloji ardıcıllığını düzgün seçə bilməli

Tətbiq olunan odluqların, reduktorların, balonların istifadə olunma qaydalarını, nəzarət-ölçü cihazlarının təyinatını və tətbiqi şərtlərini bilməli

 

İş barədə məlumat:
- Həftənin 6 günü 09:00-dan 18:00-dək
- Bazar günləri qeyri iş günü
- Nahar şirkət hesabına verilir
- İş yeri: Novxanı
Sumqayıt, Xırdalan, Masazır, Binəqədi, Novxanı və bu ərzilərə yaxın yaşayan namizədlərin müraciəti uyğundu.

Əlaqə: +994 50 289 33 88

 

 

 

Ümumi məlumat
Əlavə edilib: 07-09-2021
Əmək haqqı: razılaşma
Əlaqə məlumatı
Əlaqə üçün e-mail: [email protected]
CV göndərmək

Vakansiya axtarışı