Pizzamen stajor
Pizza Mizza Baku Administrative
Tələblər
Share on Google+ Friend Feed Linkedid Twitter Share on facebook
Təsviri

“Pizza Mizza” MMC-yə Pizzamen stajor tələb olunur.

Pizza Mizza-nın yaranma hekayəsi yalnız bir vizyonun təzahürü deyil, həm də orijinallıq və yüksək keyfiyyət standartlarına sadiq bir mədəniyyəti yaratmaq arzusudur. Bu markanın kökündə, Azərbaycanda pizzaya olan baxışları dəyişdirərək hər kəs üçün yenilikçi və keyfiyyətli məhsullara əlçatanlığı artırmaq istəyi yatır. Bu, sadəcə bir iş təşəbbüsü deyil, həm də məhsul və xidmətlərimizlə həqiqi bir fərq yaratmaq istəyidir.

2018-ci ildə həyata keçirdiyimiz rebrending, müasir trendlərə və müştərilərimizin tələblərinə uyğunlaşdığımızı nümayiş etdirir. Yenilənmiş loqotipimiz və interyer dizaynımız artıq markamızın müasir vizyonunu daha qabarıq şəkildə vurğulayır və yeniliklərə adaptasiya olmaq, həmçinin müştəri təcrübəsini yaxşılaşdırmaq arzumuzu ifadə edir.

Sizi heç bir təcrübə tələb olunmayan Pizzamen stajor vakansiyasına müraciət etməyə dəvət edirik. Biz sizi tez bir zamanda öyrədəcəyik və siz peşəkar pizzamen olacaqsınız.

İş barədə məlumat

- Pizzaların, sendviçlərin, salatların, şorbaların və pastaların hazırlanması

- Sifarişin standarta uyğun vaxtında hazırlanması

- Gün ərzində standartlar əsasında xəmirin kündələnməsini, tərəvəzlərin doğranılması
- Mətbəx avadanlıqlarının təmizliyini həyata keçirmək
- Mətbəxdə gigiyena və qida təhlükəsizliyi standartlarının tələblərinə riayət etmək

 

İş şəraiti:

ü Mehriban və gənc kollektiv

ü Karyera yüksəlişi imkanı

ü İş vaxtı qrafikə əsasən – tam iş günü, 6 günlük

ü Nahar və forma şirkət tərəfindən təmin olunur

ü Əmək haqqı 400-500 azn

İş yeri:

· Bakı şəhəri

· Sumqayıt şəhəri

Tələblər

Namizədə tələblər

- İş təcrübəsi tələb olunmur
- Restoran sahəsi üzrə həvəs və marağı olmalı
- Komanda ilə işləmək bacarığı olmalı
- Fəal, diqqətli, məsuliyyətli, təmizkar, punktual olmalı

- Kişi namizədlər üçün mütləq tələb - üz təraşlı olmalı
- Gülərüz, nəzakətli, yüksək xidmət göstərmək bacarığı olmalı

Ümumi məlumat
Əlavə edilib: 20-06-2024
Əmək haqqı: 400 - 500 azn  
Əlaqə məlumatı
Əlaqə üçün e-mail: [email protected]
CV göndərmək

Vakansiya axtarışı