Optik təmsilçi
Focus Optika [Bakı, Sumqayit, Azerbaijan] Sales
Tələblər
Share on Google+ Friend Feed Linkedid Twitter Share on facebook
Təsviri

Vakansiya Bakı və Sumqayıt filialları üçün keçərlidir

 

Vəzifə öhdəlikləri:

Müştərinin qarşılanması, sifariş qaydaları haqqında məlumatlandırmaq
Çərçivələrin seçimində müştəriyə köməklik göstərmək
Müştəri sorğularını cavablandırmaq
Digər məhsullar haqqında müştəriyə məlumat vermək
Ehtiyac yaranarsa müştərini Optik ustaya yönləndirmək
Satışı həyata keçirmək
Sifariş qeydlərini tutmaq
Ona təyin edilmiş hədəflərə çatmaq
Ofisdən gələn malları vitrinə yerləşdirmək
Vitrinlərin səliqəli və təmiz olması üçün mütəmadi gözdən keçirmək
Sifarişlər barəsində ustanı məlumatlandırmaq
Rəhbərlik və ya məsul şəxsin verdiyi digər tapşırıqları icra etmək.

 

İş şəraiti:

Əmək haqqı: 400-800 AZN;
İş qrafiki: 09:00-20:00;
AR Əmək məcəlləsinə uyğun sənədləşmə.

Tələblər

Vəzifə tələbləri:

Təhsil-Orta təhsil (Ali təhsil üstünlükdür);
Yaş həddi: 25-40;
Təcrübə-1 ilə qədər;
Dil bilikləri-Azərbaycan dili əla səviyyədə,Rus dili-yaxşı səviyyədə,İngilis dili arzuolunandır;
Satış prinsipləri və texnikaları üzrə biliklər;
Davranış etiketi qaydaları üzrə biliklər;
Effektiv ünsiyyət, intizamlılıq, dürüstlük, stressə davamlılıq və təqdimetmə bacarığı.

Qeyd: İlkin müsahibədən seçilən namizədlər peşəkar təlimlərdən sonra işlə təmin olunacaqlar.

Müraciət etmək istəyən namizədlərdən öz şəkilli CV-lərini mövzu yerində “Optik təmsilçi” yazaraq vacancy@focusoptika.az e-mail ünvanına göndərmələri xahiş olunur.

Ümumi məlumat
Əlavə edilib: 23-07-2020
Əmək haqqı: 400 - 800 azn  
Əlaqə məlumatı
Əlaqə üçün e-mail: vacancy@focusoptika.az
CV göndərmək

Vakansiya axtarışı