Vəzifə Haqqında:
Biz komandamıza fabrikdə istehsal və anbar proseslərinin düzgün qeydiyyatını aparan, məlumatları sistemə daxil edən və hesabatların hazırlanmasına nəzarət edən Operator - Uçotcu axtarışındayıq.
İş Barədə Məlumat:
İş yeri - Hacıqabul;
İstehsal olunan məhsulların uçotunun aparılması və sistemə daxil edilməsi;
Anbara daxil olan və çıxan malların qeydiyyatının aparılması;
Gündəlik və aylıq hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;
Mühasibatlıq və anbar idarəetmə sistemləri ilə işləmək;
Sənədlərin düzgün arxivləşdirilməsinə nəzarət etmək;
Uçot prosesində yaranan problemləri müəyyən edib həll etmək və rəhbərliyə məlumat vermək;
Avtomatlaşdırılmış sistemlər vasitəsilə məlumatların işlənilməsi və idarə olunması;
6 günlük iş rejimi (08:00 - 17:00);
Nahar şirkət tərəfindən təmin edilir;
Servis mövcüddur ( Hacıqabul, Şirvan və Sabirabad rayonlarından servis xidmətimiz fəaliyyət göstərir );
Əmək haqqı : Müsahibə əsasında.
Əgər siz dinamik bir mühitdə işləməyi hədəfləyirsinizsə, komandamıza qoşulmaq üçün CV-nizi və əlaqə məlumatlarınızı [email protected] elektron poçtuna göndərin.
Yaş həddi : 21 - 30 yaş arası;
Müvafiq sahədə ali və ya orta ixtisas təhsili;
Operator-uçotçu və ya mühasibatlıq sahəsində ən azı 1 il iş təcrübəsi;
MS Office (xüsusilə Excel) və 1C proqramında işləmə bacarığı;
Məsuliyyətli, diqqətli və dəqiq işləmə bacarığı;
Sənədlərlə işləmə və analitik düşünmə bacarığı;
Komanda ilə işləmə bacarığı və sürətli öyrənmə qabiliyyəti.
