İş, vəzifə və öhdəliklər haqqında:
Ofisdaxili nizam-intizamın tənzimlənməsi;
Sənəd mübadiləsinin və kargüzarlıq işlərinin həyata keçirilməsi;
İnventar və təminat-təchizat üzrə işlərin idarə edilməsi;
Müştərilər tərəfdən müraciətlərin zəng və mesaj ilə cavablandırılması;
Sifarişlərin qeydə alınması;
Sifariş və məhsulların müştəriyə çatdırılması prosesinin tənzimlənməsi;
Aylıq hesabatların hazırlanması;
Namizəd bizimlə işləməklə nə(lər) qazanacaq:
Gənc, dinamik, yaradıcı komandanın üzvü olaraq, komandada işləmə bacarıqlarını inkişaf etdirmək;
Fərdi inkişafın şirkət tərəfindən tam dəstəklənməsi;
Təşkilatı işlərdə istifadə etdiyimiz proqram təminatlarını öyrənmək;
Əmək bazarında ehtiyac olacaq vərdiş və bacarıqlara yiyələnmək;
Ədalətli idarəetmə mühitində işləmək;
Şirkətə qatılan əlavə dəyərin hər zaman qarşılığını görmək.
İş qarfiki: Həftə içi 5 gün saat 09:00-18:00, 13:00-14:00 nahar fasiləsidir.
Əməkhaqqı: 400 AZN + satışdan bonus %.
Müraciət qaydası: Namizədlərdən öz CV-lərini “Ofis menecer” başlığı ilə [email protected] imeyl ünvanına göndərmələri xahiş olunur.
Qeyd: Müraciətlər sadəcə elektron poçt üzərindən qəbul edilir. Uyğun namizədlər yaxın zamanda müsahibə mərhələsinə dəvət ediləcək. Uğurlar!
Tələblər:
Ali təhsil;
Yaş aralığı: 21-35;
Azərbaycanca və rusca səlis nitq qabiliyyəti;
Ana dilimizin qrammatika və orfoqrafiyasına bələd olmaq;
Kompüter bilikləri;
Analitik düşünmə qabiliyyəti və təməl riyazi bacarıqlar;
Daim inkişafa açıq olmaq, işə qarşı həvəs və motivasiya ilə yanaşmaq;
Nizam-intizamlı, dəqiq, punktual, məsuliyyətli və çalışqan olmaq;
