Ofis meneceri
SWİSSDENT Baku Administrative
Tələblər
Share on Google+ Friend Feed Linkedid Twitter Share on facebook
Təsviri

* " SWİSS DENT " implant mərkəzinə əməkdaşlıq üçün Ofis meneceri tələb olunur .
* Ofis meneceri depoya daxil olan və depodan çıxan məhsulların hesabını və qeydiyyatını aparır ( gələn məhsulların girişini və çıxan məhsulların çıxışını qaimə əsasında təşkil edir )
* Ofis meneceri İmplant bazarında olan fiirmaları , onların yeni proyektləri və ideyaları haqqında müntəzəm olaraq informasiyaları toplayır, dəqiq və düzgün şəkildə Satış müdirinə və Baş Direktora təqdim edir.
* Həkim implantoloqlar haqqında məlumat toplayır .
* Satış prosesin effektivləşdirilməsi məqsədilə prezentasiyalar hazırlayır .
* İş saatları: ı-vı günlər 09:00-dan 19:00-dək
* Stabil əmək haqqı 500-600 azn ( maaş namizədin bilik və bacarıqlarına görə təsdiq olunacaq )
* Rəsmi əməkqanunvericiliyinə əsasən işə qəbul edirik . ( əmək kitabçası açılır , məzuniyyət verilir və sairə ).
* İşə başlamazadan əvvəl anlaşılan namizədə implantla bağlı təlimlər keçiriləcək

Vakansiya ilə maraqlanan şəxslər şəkilli CV-lərinizi [email protected]  ünvanına və məktubun mövzusunu qeyd etməklə göndərə bilərsiniz və ya 055 450 88 90 mobil nömrəsinə saat 10:00 - 17 :00 qədər ( bazar günləri xaric ) zəng edə bilərsiz.

Tələblər

- 25-45 yaş arası Xanımlar.
- Azərbaycan dilini yüksək səviyyədə bilməlidir.
- Ünsiyyət qabliyyəti yüksək olmalıdır.
- Yüksək riyazi-hesablama qabiliyyəti olmalıdır.
- Yüksək təqdimat və inandırma bacarığı olmalıdır .
- Səliqəli və xoş görnüşlü olmalıdır
- Ofis proqramları Microsoft Word , Excel , PowerPoint , Outlook yüksək səviyyədə bilməlidir .

Ümumi məlumat
Əlavə edilib: 07-10-2021
Əmək haqqı: 500 - 600 azn  
Əlaqə məlumatı
Əlaqə üçün e-mail: [email protected]
CV göndərmək

Vakansiya axtarışı