Vəzifə öhdəlikləri:
· İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsi;
· Əmək haqqının hesablanılması və ödənilməsi, dövlət büdcəsinə məcburi ödəmələri, dövlət sosial sığorta fonduna ayırmaları, digər ayırmaları tərtib və nəzarət edilməsi;
· Daxil olan mal-material ehtiyatlarının və əsas vəsaitlərin uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsi;
· E-qaimələrin, təhvil-təslim aktlarının, müqavilələrin hazırlanması;
· Məzuniyyət, xəstəlik vərəqələrinin və son haqq-hesabın hesablanması;
· Debitor və kreditorlara nəzarət edilməsi;
İş qrafiki:
· Həftə içi 5 gün saat 09:00-18:00,
· Nahar şirkət tərəfindən verilir,
· Korporativ nömrə (korporativ paket),
· Əməkhaqqı: 1200-1500 AZN
Ünvan: Bakı şəh, Dərnəgül şossesi
Müraciət üçün CV-nizi [email protected] emailinə göndərə bilərsiniz.
Tələblər:
· Maliyyə, iqtisadiyyat, mühasibat uçotu sahəsində bakalavr təhsili
· Müvafiq sahə üzrə 3 il təcrübə;
· MS office və 1C 8.3 proqramı biliyi;
· Vergi Məcəlləsi üzrə biliklər.
· Mühasibat Uçotu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən Mühasibat Uçotunun təşkili və aparılması o cümlədən Mühasibat Uçotu və Maliyyə Hesabatlarının hazırlanması və təqdim edilməsi Qaydalarını bilməli;
· Tikinti və satış sahəsi üzrə təcrübəsi olanlara üstünlük veriləcəkdir.