Mexanik-çilingər
Mətanət A Baku Mechanical Engineering
Tələblər
Share on Google+ Friend Feed Linkedid Twitter Share on facebook
Təsviri

“Mətanət A” şirkəti Mexanik-Çilingər vakansiyanı elan edir

İşin təsviri:

§ Müəssisədə olan mexaniki avadanlıqların fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə çalışmasını, saxlanılmasını təmin etmək;

§ Mexaniki avadanlıqların vaxtı-vaxtında təmirini və düzgün texniki istismarını təşkil etmək;

§ İstehsal qurğu və avadanlıqlara mütamadi baxış, sınaq və profilaktik təmir işlərinin icrasını həyata keçirmək, istehsalatın texniki hazırlığını təmin etmək;

§ Təmir işləri üçün ehtiyat hissə bazası yaratmaq ;

§ Həyata keçirilən təmir bərpa işlərinin vaxtında və keyfiyyətlə həyata keçirilməsini, avadanlığın modernləşdirilməsi, dəzgah və qurğuların vəziyyətinə texniki nəzarəti təşkil etmək;

§ Yeni avadanlıqların, qurğuların quraşdırılması və yeni texnikaların mənimsənilməsi;

§ Təmir işlərində əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına riayət edilməsi;

§ Avadanlıqlar, dəzgahlar və qurğular üzrə metodiki, normativ aktlar hazırlamaq.

Əmək haqqı:

Razılaşma yolu ilə.

 

İş şəraiti:

§ İş saatı: 08-30-dan 18-00-dək;

§ İş günü: Həftənin 6 günü;

§ Bazar günü istirahət;

§ Servis xidməti mövcuddur;

§ Nahar şirkət tərəfindən qarşılanır;

§ AR ƏM-nə uyğun sənədləşmə.

§ İş yeri: AZ 1023-Masazır-2( Bakı-Sumqayıt şosesi,Masazır qəsəbəsi dairəsinin yaxınlığı)

Qeyd: CV-lərinizi mövzu sətrində vakansiyanın adını qeyd edərək [email protected] ünvanına göndərin.

Tələblər

Tələblər:

§ Təhsil: Ali;

§ Yaş həddi: 25-45

§ Kompüter biliyi: Ofis proqramlarında işləmə bacarıqlı;

§ Dillər: Rus biliyi arzu olunandır.

 

Şəxsi keyfiyyətləri:

§ Fikrini izah etmək qabiliyətli;

§ Ünsiyyət yaratmaq bacarıqlı;

§ Fəal olması;

§ İşə planlı yanaşması.

Ümumi məlumat
Əlavə edilib: 25-04-2021
Əmək haqqı: razılaşma
Əlaqə məlumatı
Əlaqə üçün e-mail: [email protected]
CV göndərmək

Vakansiya axtarışı