Merçendayzer qrup rəhbəri (supervayzer)
Badamlı Mineral Sular Bakı Administrative
Tələblər
Share on Google+ Friend Feed Linkedid Twitter Share on facebook
Təsviri

İş barədə məlumat:

• Satış nöqtələrində şirkət məhsullarının müvafiq standartlara uyğun sərgilənməsinin təşkili və nəzarətdə saxlanılması

• Ərazi üzrə satış nöqtələrinin bölgüsünün aparılması

• Merçendayzer komandasının idarə olunması və fəaliyyətinin nəzarətdə saxlanılması

• Şirkətin müvafiq standartlarının komandaya öyrədilməsi, yeni əməkdaşların işə adaptasiya olunması

• Komandanın davamiyyətinə nəzarət

• Satış nöqtələrində görülmüş merçendayzinq işlərinin gündəlik təhlili və aşkarlanan boşluqların aradan qaldırılması, bu istiqamətdə təkliflərin verilməsi

• Şirkət standartlarına uyğun qaydada komandanın fəaliyyət keyfiyyətinin, yeni işçilərin sınaq müddətinin qiymətləndirilməsi, motivasiyasının təşkili

• Mütəmadi, müəyyən olunmuş qaydada fəaliyyəti haqqında hesabatların təqdim edilməsi

• Satış nöqtələrində şirkətin fəaliyyətinə mane olan problemlərin aşarkalanması halında bilavasitə rəhbərinin vaxtında xəbərdar edilməsi

• İş qrafiki: həftənin 1-6 günləri tam iş günü

• Əmək haqqı: müsahibə əsasında təyin olunacaq

Rabitə xərcləri şirkət tərəfindən ödəniləcək

Tələblər

• Ali təhsil

• Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi

• Marketinq və merçendayzinq üzrə bilik

• Azərbaycan dilində sərbəst danışıq qabiliyyəti

• İdarə etmə, effektiv problem həll etmə, ünsiyyət və təqdimat bacarıqları

• Kreativlik və analitik düşünmə qabiliyyəti

• Şəxsi avtomobilin olması mütləqdir

Tələblərə uyğun namizədlərdən CV-lərini “Supervayzer” başlığı altında [email protected] e-ünvanına göndərmələri xahiş olunur.

Ümumi məlumat
Əlavə edilib: 25-08-2022
Əmək haqqı: razılaşma
Əlaqə məlumatı
Əlaqə üçün e-mail: [email protected]
CV göndərmək

Vakansiya axtarışı