Merçandayzer
Tələblər
Share on Google+ Friend Feed Linkedid Twitter Share on facebook
Təsviri

İş Barədə Məlumat:

İş yeri - Bakı şəhəri;

Təyin olunmuş gündəlik rut üzrə hərəkət etmək;

Fabrik məhsullarının satış nöqtələrində rəflərə düzgün və cəlbedici şəkildə yerləşdirilməsini təmin etmək;

Məhsul ehtiyatlarını izləmək və təchizatın vaxtında təmin olunmasına nəzarət etmək;

Məhsulların üzərində qiymətlərin və etiketlərin düzgün olmasını yoxlamaq;

Şirkət tərəfindən təqdim olunan kampaniyaları və promosyonları satış nöqtələrində həyata keçirmək;

Müştəri rəylərini toplayaraq rəhbərliyə bildirmək və satışın artırılması üçün təkliflər vermək;

Satış nöqtələrində rəqiblərin fəaliyyəti ilə bağlı məlumat toplamaq və analiz etmək;

Hesabatlar hazırlayaraq satış şöbəsinin rəhbərinə təqdim etmək;

6 günlük iş rejimi (09:00 - 17:00) və həftədə bir gün istirahət;

Yol və qida xərcləri şirkət tərəfindən qarşılanır;

Əmək haqqı : Müsahibə əsasında .

Tələblər

Tələblər:

Orta ixtisas və ya ali təhsil (Satış və ya marketinq sahəsində təcrübə üstünlükdür);

Merçendayzer və ya satış sahəsində ən azı 1 il iş təcrübəsi;

Yaxşı ünsiyyət qurma və müştəri ilə əlaqə yaratma bacarığı;

İşdə məsuliyyətlilik və dəqiqlik;

Satış nöqtələrində məhsul təqdimatını optimallaşdırmaq üçün yaradıcılıq qabiliyyəti;

Komanda ilə işləmə bacarığı və təşəbbüskarlıq;

Ümumi məlumat
Əlavə edilib: 27-11-2024
Əmək haqqı: 500 - 700 azn  
Əlaqə məlumatı
Əlaqə üçün e-mail: [email protected]
CV göndərmək

Vakansiya axtarışı