Marketoloq
Parabokt Baku Marketing
Tələblər
Share on Google+ Friend Feed Linkedid Twitter Share on facebook
Təsviri

Salam , Xahiş edirik göstərilmiş müvafiq vakansiyanın yerləşdirilməsi və yerləşdirdikdən sonra linkin göndərilməsi üçün bizə öz köməkliyinizi göstərəsiniz.

İş haqqında:

Marketoloq

Əmək haqqı 1200-2000 manat

İş günləri 1-6-cı günlər bazar günü – istirahət

Əsas vəzifə və öhdəlikləri

· Mövcud, həmçinin yeni layihələr üzrə marketinq planlanlarının işlənilməsi və reallaşdırılması;

· Bazarın, rəqiblərin araşdırılması, analizlərin aparılması və tələbatın müəyyənləşdirilməsi;

· Reklam planları üçün təkliflərin hazırlanması, reklam aksiyalarının koordinasiyası;

· Şirkət brendinin gücləndirilməsi, imicinin yüksəldilməsi üzrə tədbirlərin hazırlanması və həyata keçirilməsinin təşkili

· Şirkətin sosial media səhifələrində və saytında aktivliyin təmin edilməsi, məlumatların yenilənməsi

· Məhsulların müştəriyə media vasitəsilə çatdırılması

· Bazarda tələb-təklifin araşdırılması və tələbin analizi

· Satışın səviyyəsinin yüksəldilməsi məqsədilə yeni təkliflərin irəli sürülməsi

İş qrafiki: 09:00-dan 18:00-dək, 6 gün iş günü bazar istirahət günü

 

Tələblər

Namizədə tələblər:

– Ali təhsil (Marketinq, Menecment və digər iqtisadi yönümlü ixtisaslar üstünlükdür)
– Müvafiq sahə üzrə 2 ildən az olmayaraq iş təcrübəsi
– Analitik düşüncə tərzi, kreativlik, təşəbbüskarlıq, məsuliyyətlilik
– Marketinq strategiyaları və üsulları üzrə biliklər

Göstərilən tələblərə cavab verən şəxslərin CV-lərini "Marketoloq" başlığı ilə [email protected] elektron ünvanına göndərməkləri xahiş olunur.

Qeyd edək ki yalnız tələblərə uyğun olan namizədlərlə əlaqə saxlanılacaq. Bundan əlavə, göndərilən bütün CV-lər məxfi məlumat bazasına daxil edilir.

Ümumi məlumat
Əlavə edilib: 06-04-2021
Əmək haqqı: 1200 - 2000 azn  
Əlaqə məlumatı
Əlaqə üçün e-mail: [email protected]
CV göndərmək

Vakansiya axtarışı