Maliyyə şöbəsinin baş mütəxəssisi
Parabokt Baku Accounting/Finance
Tələblər
Share on Google+ Friend Feed Linkedid Twitter Share on facebook
Təsviri

“Para” Bank Olmayan Kredit Təşkilatı namizədlərə Maliyyə şöbəsinə baş mütəxəssis vəzifəsini təklif etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

 

Vəzifə öhdəlikləri:

· DSMF-na periodik hesabatların hazırlanması və təqdim olunması;

· DSK-nə periodik hesabatların hazırlanması və təqdim olunması;

· DVİ-nə periodik bəyannamələrin hazırlanması və təqdim olunması;

· Təşkilata gələn DSMF, DSK və DVİ tərəfindən sorğularına yazılı cavabların hazırlanması;

· Qanunvericilikdə nəzardə tutulan müddətdə bank əməliyyatlarına dair dövlət vergilərin hesablanması və ödənilməsinə nəzarət edilməsi;

· DSMF və DVİ ilə bankın hesablaşmaların tutuşdurulması işini mütəmadi aparılması;

· DSMF və DVİ tərəfindən periodik yoxlamalar zamanında tələb olunan sənədlərinin təqdim edilməsi;

· Bankın Mərkəzi Apparatında hüquqi şəxslərə və sahibkarlara təzə açılan bank hesablar üçün sənəd komplektlərinin yoxlanılması, hesabların rəsmi olaraq açılma qeydlərin aparılması və bank elektron bazasına daxil etməsi;

· Təşkilatın səhmdarlarına imtiyazlı səhmləri üzrə dividendlərin periodik hesablanması;

· Təşkilatın Mərkəzi Apparatında elektron bazasında gün ərzində yığılmış mühasibat yazılışların daxili qaydalarında nəzardə tutulan limit çərçivəsində təsdiq edilməsi;

· Təşkilatın üzrə elektron bazasında mühasibat uçotu işinin təşkilinə daimi nəzarətin aparılması;

· Ehtiyac olan vaxtda şöbənin müdirinin vəzifələrini icra etmək;

· Şöbəyə aidiyyati üzrə daxil olan məktubların operativ icrasının təmin etmək;

· Şöbə müdirin müxtəlif (birdəfəlik) tapşırıqlarının icra edilməsi;

Məsuliyyətləri :

· Öz işinin nəticə və effektivliyinə;

· Ona həvalə olunmuş vəzifələrin düzgün və vaxtı-vaxtında yerinə yetirilməsinə;

· Təşkilatın iş prosessinə mane olan halları aşkar edib qarşısının almasına;

· Təşkilatın Daxili İntizam Qaydalarına riayət etmək;

Xüsusi bacarıqlar:

· Məsuliyyətli və dəqiq;

· Komanda işini bilən, insanları tanımaq;

· İdarəetmə qabiliyyəti;

· Strateji və analitik qabiliyyət;

· Təşkilatçılıq, ruhlandırma və təşəbbüskarlıq qabiliyyəti.

İş günləri 1-6

İş saatları 09:00-18:00

Maraqlanan şəxslər subject (mövzu bölməsində) “Maliyyə şöbəsinə baş mütəxəssis” başlığı ilə [email protected] [email protected] ünvanına CV ilə müraciət edə bilərlər.

Tələblər

Peşəkar tələblər:

o Mühasibat uçotu, bank işi və ya iqtisadiyyat sahəsində ali təhsilin olması;

o Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (MHBS) haqqında anlayış və onların tətbiqi təcrübəsinə malik olması;

o Qüvvədə olan Azərbaycan Respublikasının qanunvericiliyini və AMB-nin normativ xarakterli aktlarını bilməsi;

o Iki illik iş təcrübəsinə təcrübəyə malik olması;

o Təşkilatın əməliyyatlarının bütün aspektləri ilə tanış olması;

o Müvafiq proqram təminatları, iş və riyazi təfəkkür qabiliyyəti

Ümumi məlumat
Əlavə edilib: 18-02-2021
Əmək haqqı: razılaşma
Əlaqə məlumatı
Əlaqə üçün e-mail: [email protected]
CV göndərmək

Vakansiya axtarışı