Mühasib-operator
B2B Group MMC Baku Accounting/Finance
Tələblər
Share on Google+ Friend Feed Linkedid Twitter Share on facebook
Təsviri

· Alqı-satqı müqavilələrinin, hesab fakturaların hazırlanması

· Qarantiya müqavilələrinin hazırlanması

· E-Qaimə Fakturaların tərtib olunması və göndərilməsi, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi

· Debitor və kreditor hesablaşmaların aparılması

· Məlumatların 1C əməliyyat sisteminə işlənməsi

· Gündəlik və aylıq hesabatların tərtib edilməsi

· Gündəlik qaimə və qəbzlərin işlənməsi və kompüterə köçürülməsi;

· Pul vəsaitlərinin, əmtəələrin, materialların və başqa sərvətlərin hərəkəti ilə əlaqədar əməliyyatları mühasibat uçotuna əks etdirmək;

· Hesabat üçün məlumatları hazırlamaq, mühasibat sənədlərinin qorunmasına nəzarət etmək

· Mal satışlarının, mal alışlarının, işlərin və xidmətlərin uçotunu aparmaq

· Aparıcı mühasib tərəfindən təyin edilmiş digər vəzifələri yerinə yetirmək.

5 günlük iş həftəsi, saat 09:00-18:00. Şənbə və bazar istirahət günləridir.

Tələblər

· Qadın namizəd

· Təcrübə: 1 il

· Dil bilikləri: Azərbaycan dili – əla, ingilis və rus dili üstünlükdür

· Ali təhsil (Maliyyə və mühasibatlıq sahəsi üzrə);

· Kompüterdə sərbəst işləmək bacarığı (Excel, 1C 8.3)

· E-gov.az, e-taxes.gov.az portallarından istifadə bacarığı

· Ciddi, məsuliyyətli, dəqiq olmalı;

· Yaş həddi 25-35

Qeyd olunan tələblərə cavab verirsinizsə mövzu hissəsinə "Mühasib-operator" qeyd etməklə [email protected] elektron ünvanına CV göndərməyiniz xahiş olunur. Əks təqdirdə müraciətinizə baxılmaya bilər.

Ümumi məlumat
Əlavə edilib: 05-09-2023
Əmək haqqı: 500 - 500 azn  
Əlaqə məlumatı
Əlaqə üçün e-mail: [email protected]
CV göndərmək

Vakansiya axtarışı