Mühasib
El Prime Trade MMC Baku Accounting/Finance
Tələblər
Share on Google+ Friend Feed Linkedid Twitter Share on facebook
Təsviri

• Aylıq, rüblük və illik ƏDV, Mənfəət, Vergi, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyəti orqanlara təqdim edilməsi

• Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtlı-vaxtında mühasibat uçotunda əks etdirilməsi

• Debitor və kreditor borclara nəzarət, mühasibat uçotu hesablarında düzgün əks etdirilməsinin təmin edilməsi

• İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini

• Şirkətin təsərrüfat-maliyyə fəaliyyətinin mühasibat uçotunun təşkil edilməsi

• Şirkət tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün və zamanında əks etdirilməsinin, dövriyyə-qalıq cədvəlindəki bütün hesabların və həmin hesablar üzrə əməliyyatların düzgünlüyünün və səlisliyinin təmin edilməsi

• Dövri olaraq dövriyyə-qalıq cədvəli, mənfəət-zərər, maliyyə vəziyyəti haqqında hesabat (balans) və digər əlaqədar maliyyə hesabatlarının və açıqlamalarının düzgün və zamanında formalaşdırılması və təmin edilməsi

• Əmək haqqı: 1000-1200

• AR qanunvericiliyinə uyğun rəsmiləşdirmə

• İş qrafiki: həftədə 5 gün

• Saat: 09:00-dan 18:00-dək

• Ünvan: N.Nərimanov, Əliəşrəf Əlizadə küçəsi

Tələblər

• Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi
• Microsoft Office (MS Word, MS Excell, MS Outlook), 1 C
• Müvafiq sahə üzrə ali təhsil
• Vergi məcəlləsi, Əmək məcəlləsi, Mülki Məcəllə və qanunvericilik aktları üzrə bilikləri;
• Rəsmi elektron portallarda işləmək bacarığı;
• Planlaşdırma və problem həlletmə bacarıqları
• Müvafiq qanunvericilik aktlarını və normalarını bilmək

Qeyd: Namizədlərdən mövzu hissəsində “Mühasib” vakansiya adını göstərməklə öz cv-lərini elektron poçt ünvanına göndərmələrini xahiş edirik. Yalnız yuxarıda göstərilən tələblərə cavab verən namizədlər müsahibəyə çağırılacaqdır.

Ümumi məlumat
Əlavə edilib: 05-10-2024
Əmək haqqı: 1000 - 1200 azn  
Əlaqə məlumatı
Əlaqə üçün e-mail: [email protected]
CV göndərmək

Vakansiya axtarışı