Mühasib
Prive RA Consulting Baku Accounting/Finance
Tələblər
Share on Google+ Friend Feed Linkedid Twitter Share on facebook
Təsviri

- İş vaxtı: 09:00-dan 18:00-dək

- 5 günlük iş həftəsi

- Əmək haqqı: müsahibə zamanı namizədin bilik və təcrübəsinə əsasən müəyyənləşəcək.

Tələblər

- Təhsil: Ali

- İş təcrübəsi: 3 il

- Mühasibatlığa dair cari qanunvericilik (Vergi Məcəlləsi, Mülki Məcəllə və Əmək Məcəlləsi üzrə) aktlarına dair bilik

- Mühasibatlıq üzrə azı 3 il iş təcrübəsi;

- Kompüter bacarığı: MS Office, 1C Mühasibat Proqramının 8.3 konfiqurasiyasında işləmə bacarığı

- İşçilərin aylıq əmək haqlarının hesablanması (xəstəlik vərəqələri, son haqq hesab, məzuniyyət, birdəfəlik müavinət, analıq məzuniyyəti üzrə müavinət və s.)

- E-qaimələrin, Təhvil-təslim aktlarının hazırlanması

- Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsi, inventarizasiyanın aparılması

- Kreditorlar üzrə hesabatların verilməsi və debitorlar və kreditorlar üzrə qalıqların yoxlanılmasının təmin olunması

- Bütün növ mühasibat əməliyyatlarının 1C mühasibatlıq proqramına daxil edilməsi

- Bank və kassa ödənişlərinin həyata keçirilməsi, daxil olan və çıxan pul vəsaitinin uçotunun aparılması

- Təhtəl hesab, avans hesabatının aparılmasını təmin etmək

- Ciddi hesabat blankları ilə işləmək bacarığı

- Məsuliyyətli və işində dəqiq

- Analitik düşüncə, ünsiyyət bacarıqları, çeviklik

Vakansiya ilə maraqlanan namizədlər öz müraciət anketlərini (CV) [email protected] elektron ünvanına mövzu hissəsində “Mühasib” qeyd etməklə göndərə bilərlər.

Ümumi məlumat
Əlavə edilib: 18-11-2022
Əmək haqqı: 1500 - 1600 azn  
Əlaqə məlumatı
Əlaqə üçün e-mail: [email protected]
CV göndərmək

Vakansiya axtarışı