Mühasib
Rahat Telecom Baku Accounting/Finance
Tələblər
Share on Google+ Friend Feed Linkedid Twitter Share on facebook
Təsviri

“RahatTelecom” MMC informasiya və kommunikasiya sektorunda fəaliyyət göstərən fiber optik internet,İPTV kabel şəbəkəsi və rəqəmsal televiziya brendi olaraq abunəçilərə böyük imkanlar təqdim edən qabaqcıl şirkətlərdən biridir.

İş haqqında məlumat:

- Azərbaycan Respublikasının qanunvericiliyinə və digər normativ-hüquqi aktların tələblərinə ciddi riayət etməlidir;

- Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;

- İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək;

- Əsas vəsaitlərin uçotunun aparılmasını, inventarizasiyasının müəyyən olunmuş müddətdə keçirilməsinə nəzarət və iştirak etmək;

- Təhtəl hesab, balans, avans hesabatının aparılmasını təmin etmək;

- Daxili mühasibatlıq sistemində köçürmələrin idarəedilməsi

- Mal/Xidmətlərin, müqavilə və sifarişlərin yoxlanılması;

- Vaxtlı-vaxtında və lazımi qaydada təsdiqedici sənədlərin əldə olunması/təqdim edilməsi üçün təchizatçılarla/müştərilərlə yazışmaların aparılmasının təmin olunması;

- Əmək haqqının verilmə dövrünə uyğun olaraq bütün əmək haqlarına dair əməliyyatlarının vaxtında və düzgün emal olunmasını təmin edilmesi;

- Əmək haqqısına dair hesablamaların aparılması və hesabatların tərtib edilməsi;

- Vəzifəsi ilə əlaqədar məsələlərə dair işçilərin sorğularını cavablandırmaq;

- İş prosesində məlumatların məxfiliyinin saxlanılması;

- Öhdəsinə düşən digər əmək funksiyalarının yerinə yetirilməsi- Şirkət tərəfindən həyata keçirilən bütün maliyyə- təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat- maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini təşkil etmək.

- Daxil olan və çıxan pul vəsaitinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, dövriyyəsini, xərclər smetasının hazırlanmasını, iş və xidmətlərin yerinə yetirilməsini, maliyyə, hesabat və kredit əməliyyatlarının uçotunu təşkil edilməsi.

- Şirkətə gələn mal alış sənədlərinin (qaimələrinin), müştərilərdən köçürmə yolu ilə cari hesaba daxil olan ödəmələrin müvafiq qaydada yoxlanılıb müvafiq proqrama daxil edilərək gündəlik bank qalığının yoxlanılmasına nəzarət etmək;

İş şəraiti:

- İş şəraiti: Əməkhaqqı: 600 – 700 AZN ,

- Ünvan: Tbilisi pr. 34

- İş qrafiki: 6 iş günü

Maraqlanan namizədlər cv-lərini mövzu hissəsində vakansiyanın adını qeyd etməklə [email protected] email ünvanına göndərə bilərlər.

Tələblər
  • • Ali təhsil - mühasibatlıq, maliyyə və ya iqtisadiyyat üzrə;
  • • Sahə üzrə ən 1-2 il iş təcrübəsi;
  • • Azərbaycan dilində mükəmməl, rus orta səviyyədə bilmək;
  • • 1C 8.2 və 8.3 proqramında sərbəst işləmək təcrübəsi (Istehsal, satış və s.) e-taxes.gov.az və digər portallardan istifadə etmək bacarığı
  • • Vergi, əmək qanunvericilikləri üzrə biliklərə sahib olmalı
  • • Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti, mal-materialların uçotunun aparılması üzrə biliklərə sahib olmalı
  • • Balansın çıxarılması üzrə biliklərə sahib olmalıklər
  • • Dəqiqlik, diqqətlilik, planlama və təşkilatçılıq qabiliyyəti
Ümumi məlumat
Əlavə edilib: 01-06-2021
Əmək haqqı: 600 - 700 azn  
Əlaqə məlumatı
Əlaqə üçün e-mail: [email protected]
CV göndərmək

Vakansiya axtarışı