İŞ BARƏDƏ MƏLUMAT
Vəzifə
Sizin vəzifəniz Şirkətin Nizamnaməsinə və müvafiq struktur bölməsinin əsasnaməsinə uyğun olaraq təhsil sahəsi üzrə müvafiq layihələrin icrası ilə bağlı cari prosesin təkmilləşdirilməsi və nəzarət olacaqdır.
Məsuliyyət
• Layihələrin müəyyənləşdirilməsi, prioritetləşdirilməsi və həyata keçirilməsi üçün müvafiq struktur bölmə rəhbərləri ilə əməkdaşlığın təmin edilməsi;
• Layihənin icrası üzrə işlərin həyata keçirilməsinin təşkili, əlaqələndirilməsi və müəyyən edilmiş büdcə, plan, keyfiyyət standartları və tələblərə əsasən layihənin idarə edilməsi;
• Layihə üzrə Agentliyin təmsil edilməsi, müvafiq qurumlarla münasibətlərin qurulması və tənzimlənməsi;
• Lahiyə çərçivəsində son tarixləri təyin edərək icra üzrə düzgün vəzifə bölgüsünün aparılması və komanda işinin idarə edilməsinə nəzarət;
• Strateji təhlilin və layihələrin icrasında mövcud boşluqların mütəmadi əhatəli təhlilinin həyata keçirilməsi, risklərin və resursların analizi, onların həlli istiqamətində tədbirlərin görülməsi;
• Yeni layihələrin hazırlanması və mövcud layihələr üzrə proseslərin təkmilləşdirilməsi;
• Rəhbərlik tərəfindən həvalə olunan digər aidiyyəti tapşırıqların yerinə yetirilməsi və mütəmadi qaydada hesabatların verilməsi;
NAMİZƏDƏ TƏLƏBLƏR
• Ali təhsil;
• Dövlət Qurumlarında və yə digər əlaqəli müəssisələrdə layihə rəhbəri kimi ən azı 2 il iş təcrübəsi;
• Yüksək səviyyədə Azərbaycan, ingilis və rus dili biliyi;
• Microsoft Office proqramlarını yüksək səviyyədə bilmək və internet resurslarından mükəmməl istifadə bacarığı;
• Effektiv şifahi və yazılı peşəkar kommunikasiya bacarığı;
• Beynəlxalq təcrübəni öyrənmək, təhlil etmək və tətbiqinə nail olmaq bacarığı;
• Analitik, strateji düşünmə və problemlərin öhdəsindən asanlıqla gəlmək bacarığı;
• Təşəbbüslər ilə çıxış etmək bacarığı;
• Gərgin iş rejimində işləmək bacarığı;
Cins: Kişi
Yaş: 25-45
Üstünlüklər
1. Dövlət qurumlarında təmsil olunma və dövlət əhəmiyyətli tapşırıqların icrası;
2. Dövlət qurumlarında karyera qurmaq və vəzifədə irəliləmək imkanı;
3. Rəqabətqabiliyyətli və nəticəyönümlü əməkhaqqı sistemi.
İş qrafiki: bazar ertəsi-cümə, saat 09:00-18:00, şənbə 10:00-15:00, bazar istirahət
Son müraciət tarixi: 15.09.2024
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına mövzu yerinə “Layihə rəhbəri” qeyd etməklə göndərə bilərlər.