Lahiyəçi Memar
SRS Group MMC Baku Architectural
Tələblər
Share on Google+ Friend Feed Linkedid Twitter Share on facebook
Təsviri

İş barədə məlumat: • İş saatları 09:00-dan-19:00-dək həftədə 6 gün. • Bazar günü istirahət günüdür. • Əmək haqqı: 1000-1200 manatdır. Vakansiya ilə maraqlananlar CV-lərini və portfolionu [email protected] e-mail ünvanına və ya 055-200-94-67 nomrəsinə vatsapdan göndərə bilərlər.

Tələblər

Namizədə olan tələblər: • Layihələndirilən obyektə dair tələblərin müəyyən edilməsi; • Obyektə ilkin baxış və ölçu vərəqəsində qeyd etməklə ölçü işlərinin aparılması; • Müxtəlif təyinatlı obyektlərin kompleks layihələrinin memarlıq hissəsinin (bölməsinin) işlənib hazırlanması; • Konsept layihələrin hazırlanması və vizualizasiyası, İnteryer və exteryerlərin 3D hazırlanması; • Şirkətə tələb olunan prezentasiya sənədlərini dizayn görüşünün hazırlanması və toplanması. • Sahədə təmir işlərinin icrasına nəzarət • Təmir-tikinti işlərinin icrasını layihə sənədlərinə, tikinti norma və qaydalarına, texnik şərtlərə, texnoloji xəritələr, və digər normativ sənədlərə uyğun təşkili • Yaşayış binalarının eskiz və işçi layihələrinin hazırlanması, tikinti sahəsində işə tam nəzarət edilməsi; • İlkin eskizin hazırlanması, aidiyyəti şəxslərlə müzakirə olunması və razılaşdırılması; • Layihələndirilən obyektlərin tikintisinə müəllif nəzarətinin təmin edilməsi; • Tərtib etdiyi işçi layihənin ekspertizası və təsdiq edilmə mərhələsində müvafiq dövlət orqanlarında müdafiəsi, eləcə də bunun üçün zəruri olan nümayiş materiallarının (elektron versiyalı prezentasiya materialları) hazırlanması. • Müvafiq sahədə ali təhsil; • Proqram bilikləri: AutoCad, 3ds Max. • Verilən tapşırıqların vaxtında və düzgün yerinə yetirilməsi; • Məsuliyyətli, dəqiq, çalışqan və komanda ilə işləmək bacarığı; • Yaş həddi: 27-45 • İş təcrübəsi: 3-5 il • Cins: kişi

Ümumi məlumat
Əlavə edilib: 29-12-2022
Əmək haqqı: 1000 - 1200 azn  
Əlaqə məlumatı
Əlaqə üçün e-mail: [email protected]
CV göndərmək

Vakansiya axtarışı