Azərbaycan-Rusiya birgə müəssisəsi “AzRosPromİnvest” MMC-yə Laboratoriya rəisi tələb olunur.
· Keyfiyyət sisteminin qurulması, nəzarəti və işçilərin idarə olunması;
· Laboratoriya təhlillərini aparılmasına və onun nəticələrinin təhlil jurnallarında qeyd edilmədinə nəzarət;
· Uyğunsuz məhsul üzrə düzəliş hallarını həyata keçirilməsinə və təkrar yoxlanılmasına nəzarət;
· Nümunələrin saxlanması təlimatına uyğun saxlanmasına nəzarət;
· Sahənin qüvvədə olan standart və texniki şərtlərinə nəzarət etmək;
· İş planına əsasən növbə ərzində edilən laboratoriya analizlərinin hesabatını hazırlamaq;
· Daxili nizamnamə qaydaları və əmək müqaviləsi ilə müəyyən edilmiş şərtləri, öhdəlikləri vaxtında və keyfiyyətlə yerinə yetirmək;
· Analiz metodlarının müəyyən edilməsini, formaların tərtib edilməsini, iş təlimatlarının hazırlanmasını təşkil etmək;
· Laboratoriyanın akkreditasiya sənədlərini hazırlamaq və baş verən yeniliklərin həmin sənədlərdə əks olunmasını təmin etmək;
· Laboratoriyada istifadə olunan ölçü vasitələrinin, cihazların vaxtaşırı dövlət sınağından və kalibrləmədən keçirilməsini təmin etmək;
· Aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılması istiqamətində tədbirlər görmək;
· Laboratoriyaya ümumi rəhbərlik, yeni iş təlimatlarının hazırlanması, analiz və sınaqların aparılmasının keyfiyyətinə nəzarət, xüsusi analizlərin aparılması, raporların hazırlanması, kalibrasiya işlərinin təşkili və həyata keçirilməsi.
· iŞ ŞƏRAİTİ
· Azərbaycan-Rusiya birgə müəssisəsi “AzRosPromİnvest” MMC, Qazax rayonu, Daş Salahlı kəndində yerləşir.
· İş saatı: 08-00-dan 17-00-dək;
· - İş günü: Həftənin 5 günü;
· - İstirahət günü: Şənbə-Bazar günü;
· - Servis xidməti mövcuddur;
· - Nahar şirkət tərəfindən qarşılanır;
· - AR ƏM-nə uyğun sənədləşmə;
· Şirkət tərəfindən evlə təmin edilir
· Əmək haqqı: 1500-1800 AZN
Şərtlər və tələblər:
Müvafiq sahə üzrə Ali təhsil
Rəhbər vəzifələrdə sənaye sektorunda İSO standartlarına uyğun işini təşkil edən şirkətdə ən az 3 il (fasiləsiz) iş təcrübəsi olmalı
- Azərbaycan və rus dillərini(üstünlük verilir) bilməli
- Məsuliyyətli, dəqiq və işini vaxtında, keyfiyyətli təhvil verməli;
- Komandada işləmək bacarığına sahib olmalı;
- Analitik düşünmə qabliyyəti;
- Analiz və idarəetmə bacarığı.
- MS office proqramlarını əla səviyyədə bilməli;
- Qazax rayonu və yaxın ərazilərdə yerləşən rayon və şəhər sakinlərinə üstünlük verilir.
Əmək funksiyası: