Laborant
“FORTİS GROUP” MMC Xırdalan Construction
Tələblər
Share on Google+ Friend Feed Linkedid Twitter Share on facebook
Təsviri

- Laboratoriyada aparılan müntəzəm test və analizlərə aid nümunələri kimyəvi və fiziki analizlər üçün hazırlamaq;
- Laboratoriya testlərini müəyyən edilmiş proseduralara əsasən vaxtında və keyfiyyətlə həyata keçirmək;
- Xammal (əhəng daşı, gips, klinker, qum), köməkçi maddə, qatqı maddələri üçün keyfiyyət planlarında göstərilən kimyəvi analizləri aparmaq və qeydlər götürmək;
- Zavod daxilindən və ya xaricindən gələn nümunələrdə istənilən kimyəvi, fiziki analizləri aparmaq və qeydə almaq;
- Analiz nəticələrini müvafiq qeyd yerlərinə sağlam bir şəkildə qeyd etmək, nəticələr barədə hesabat vermək və rəhbərinə bildirmək və qeydlərin mühafizə və gizliliyini təmin etmək;
- Kimyəvi təhlillərdə istifadə edilən bütün məhlulları standardlara uyğun hazırlamaq, faktor təsbiti aparmaq və məhlulları təzə və hər zaman istifadəyə hazır olmasını təmin etmək;
- Laboratoriya avadanlıqları, cihaz və qurğularının təmiz və saz vəziyyətdə saxlanılmasına nəzarət etmək, onları sınaqlara hazırlamaq;
- İş zamanı təhlükəsizlik qaydalarına riayət olunmasını təmin etmək;
- Vəzifəsindən irəli gələn digər işləri yerinə yetirmək;

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Tələblər

- Yaş həddi 25-45 (Bəy namizədlərə üstünlük verilir);
- Texniki sahə üzrə ali təhsil;
- Müvafiq sahə üzrə iş təcrübəsi;
- Fəal və ünsiyyət yaratmaq bacarığı olmalı;
- Diqqətli və məsuliyyətli olmalı;
- Labarotariyaya təhkim edilmiş minik avtomobilini idarə etmək üçün sürücülük vəsiqəsi (“B” kateqoriya) olması arzuolunandır;

Ümumi məlumat
Əlavə edilib: 24-01-2024
Əmək haqqı: 400 - 600 azn  
Əlaqə məlumatı
Əlaqə üçün e-mail: [email protected]
CV göndərmək

Vakansiya axtarışı