Kredit mütəxəssisi təcrübəçi(Bakı)
"Qarant Kredit Lombard" MMC Bakı Administrative
Tələblər
Share on Google+ Friend Feed Linkedid Twitter Share on facebook
Təsviri

       “Qarant Kredit” Lombard təşkilatı Bakı şəhərində yerləşən filialları üçün “Kredit mütəxəssisi” vakansiyası üzrə təcrübə proqramı elan edir.

İş barədə məlumat:

- Müştəri cəlbi, birbaşa marketinq funksiyalarını öyrənmək və həyata keçirmək;

- Şirkətin prosedurlarını, təlimatlarını və daxili qaydalarını öyrənmək;

- Şirkətin daxili sistemini öyrənmək;

- Kreditləşmədə zəruri olan sənədləşməni öyrənmək və digər normativ sənədləri mənimsəmək;

- Təcrübəsi olan kredit mütəxəssisin yanında təcrübə keçərək, bu sahədə öz biliklərini əldə etmək;

- Müştəri ilə ünsiyyət, müştəri münasibəti və müştəri təhlilini öyrənmək;

- Şirkətlərdə və müəssisələrdə təqdimat və digər nümayəndəlik funksiyaları həyata keçirilməsini öyrənmək və tətbiq etmək.

Tələblər

- Ali təhsil;

- Azərbaycan dilində səlist danışıq qabiliyyəti;

- Yaxşı ünsiyyət, rabitə və komanda ilə işləmək bacarığı;

- Sərbəst və şəffaf şəkildə fikir izah etmə və nitq söyləmə bacarıqları;

- İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti;

- Müştərini cəlbetmə bacarığı;

- Rus və ingilis dillərinin müəyyən səviyyədə biliyi arzuolunandır.

       Qeyd olunan tələblərə uyğun gələn namizədlər öz CV formalarını "Kredit mütəxəssisi-təcrübəçi(Bakı)" başlığı altında [email protected] elektron ünvanına göndərə bilərlər.

Ümumi məlumat
Əlavə edilib: 11-03-2023
Əmək haqqı: razılaşma
Əlaqə məlumatı
Əlaqə üçün e-mail: [email protected]
CV göndərmək

Vakansiya axtarışı