Korporativ satış meneceri
Tələblər
Share on Google+ Friend Feed Linkedid Twitter Share on facebook
Təsviri

“Alyans Tekstil” MMC-də Korporativ satış meneceri vəzifəsinə vakansiya elan olunur.

Vəzifə öhdəlikləri:

- Müştəri bazasının formalaşdırılması və korporativ müştərilərlə əlaqələrin qurulması;

- Yeni müqavilələrin bağlanması üçün potensial müştərilərlə görüşlərin və təqdimatların təşkili;

- İşgüzar yazışmaların həyata keçirilməsi və korporativ danışıqların aparılması;

- Müştəri görüşlərinin nəticələrinin izlənilməsi;

- Təklifin izlənilməsi və müştəri ilə razılaşdırılması;

- Təklif əsasında müqavilə və digər zəruri sənədlərin hazırlanması.

 

İş şərtləri:

İş rejimi: 5 günlük 09:00-18:00

Əmək haqqı: müsahibə əsasında müəyyən olunacaq.

Korporativ nömrə və benzin xərci şirkət tərəfindən veriləcək.

Uyğun namizədlərin öz CV-lərini 15 fevral 2020-ci il tarixinədək mövzu hissəsinə “Korporativ satış meneceri” yazmaqla [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.

Tələblər

Namizədə olan tələblər:

- Ali təhsil ;

- Korporativ satış üzrə minimum 3 il iş təcrubəsi;

- Yaş: 25-45;

- MS Office proqramlarını bilməli;

- Azərbaycan dilində səlis danışıq, rus və ingilis dilləri - əla səviyyədə;

- Yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;

- Məntiqi və analitik düşünmə tərzi və təşəbbüskarlıq;

- Biznes danışıqları aparmaq və təqdimat bacarığı;

- Şəxsi avtomobilin olması arzuolunandır.

Ümumi məlumat
Əlavə edilib: 22-01-2020
Əmək haqqı: 500 - 700 azn  
Əlaqə məlumatı
Əlaqə üçün e-mail: [email protected]
CV göndərmək

Vakansiya axtarışı