İş barədə məlumat:
-Yeni müştərilərin cəlb olunaraq müştəri bazasının formalaşdırılması və daim genişləndirilməsi;
-Potensial müştərilərin müəyyənləşdirilməsi və mövcud korporativ müştərilərlə əlaqələrin möhkəmləndirməsi sahəsində işlərin aparılması;
-Müştərilərin ehtiyaclarını müəyyənləşdirilməsi və məhsullar,xidmətlər daxil olmaqla müvafiq tövsiyyələrin verilməsi;
-Bazar qiymətlərinin araşdırılması,analizlərin aparılması və tələbatın müəyyənləşdirilməsi;
-Dövlət və kommersiya təşkilatları ilə müntəzəm yazışmaların aparılması və uzunmüddətli əməkdaşlıqların yaradılmasını təmin etmək.
İş qrafiki:
-Azərbaycan Respublikası Əmək məcəlləsinə əsasən sənədləşmə;
-5 günlük iş qrafiki(09:00 – 18:00);
-Əmək haqqı: fix+bonus hissədən ibarətdir;
-Nahar və korporativ nömrə ilə təmin edilmə;
-İş yeri: Bakı şəhəri ,S.Rüstəm 7/15 (28 Mall yaxınlığı).
Namizədə dair tələblər:
- Ali təhsil;
- Korporativ satış üzrə minimum 1 il təcrübəsi;
- Şəxsi avtomobil;
-Danışıqlar aparma qabiliyyəti.
Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini [email protected] elektron poçtuna mövzu hissəsində “Korporativ müştərilərlə iş üzrə mütəxəssis” qeyd etməklə və ya 077-441-56-09 nömrəsinin whatsapına göndərmələri xahiş olunur