Kiçik balıqşünas (Mingəçevir, Neftçala)
Azerbaijan Fish Farm Neftcala Agriculture
Tələblər
Share on Google+ Friend Feed Linkedid Twitter Share on facebook
Təsviri

Vəzifə üzrə öhdəliklər:

· İstehsalat proseslərinə hazırlıq işlərini təşkil edir;

· Törədici balıqların kürü tökmə prosesinə hazırlığını təmin edir;

· Törədici balıqların inyeksiya edilməsini təşkil edir;

· Alınmış kürülərin mayalanması və inkubasiya edilməsi proseslərini təşkil edir;

· Çıxmış sürfələrin yemlənməsini və nohurlara köçürülməsini təşkil edir və nohurlarda balıqların normativə uyğun yemlənməsini təşkil edir;

· Çıxmış süfrələr, körpə balıqlar, həmçinin digər balıqların yemlənməsinə və balıqların yem götürmə faizinə nəzarət edir;

· Əmtəə çəkisinə çatmış balıqların satışa göndərilməsini təşkil edir;

· Gündəlik hesabat cədvəllərini işləyir;

· Gündəlik balıqlara verilən yem hesabatlarının mühasibatlıq şöbəsinə verilməsini təmin edir;

· Avtomatik yemləməyə nəzarət edir;

· Gündəlik olaraq müşahidələr və toplanmış materialları Baş balıqşünasa məruzə edir;

· Rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirir.

İş şəraiti:

§ AR Əmək Məcəlləsinə əsasən sənədləşmə

§ İş vaxtı: 5 günlük, istirahət günü: şənbə, bazar

§ İş yeri: Neftçala və Mingəçevir

§ Əmək haqqı: Müsahibə əsasında müəyyən olunacaqdır

Vakansiyaya müraciət üçün CV-ləri “Kiçik balıqşünas” mövzusu ilə [email protected] e-mail ünvanına göndərməyiniz xahiş olunur.

Tələblər

Namizədə Tələblər:

· Ali təhsil (Balıqçılıq, Biologiya və digər uyğun ixtisaslar)

· Balıqyetişdirmə sahəsi üzrə minimum 1 il iş təcrübəsi;

· Balıqçılıq və balıq saxlanılmasına aid biliyin olması;

· Stresə dözümlü, məsuliyyətli, komandada işləmək və vaxtı düzgün idarə etmə bacarığı;

· MS Office proqramları üzrə biliklər;

· Azərbaycan dili əla, Rus dili biliyi yaxşı səviyyədə.

Ümumi məlumat
Əlavə edilib: 08-07-2024
Əmək haqqı: - azn  
Əlaqə məlumatı
Əlaqə üçün e-mail: [email protected]
CV göndərmək

Vakansiya axtarışı