Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis
"Az Protein Foods Group" MMC Baku Production/Manufacturing
Tələblər
Share on Google+ Friend Feed Linkedid Twitter Share on facebook
Təsviri

· Müəssisənin istehsal etdiyi məhsulların keyfiyyətə nəzarət prosesinin izlənilməsi, proseslərin qaydalara uyğun icra edilməsinin təmin edilməsi,

· Xammalın qəbulundan son məhsuladək olan mərhələləri nəzarət altında saxlamaq və müvafiq sənədləşmə işlərini icra etmək,

· İstehsalat prosesinin bütün mərhələlərində xammalın, hazır məhsulun müştərilərə göndərilənədək müəssisənin bölmələrində və anbarlarda saxlanmasının düzgünlüyünə nəzarət etmək,

· Prosedur və təlimatlara, sanitar-gigyena norma və qaydalarına riayət edilməsinə nəzrət və təmin etmək,

· Qida təhlükəsziliyi və keyfiyyətə nəzarət üzrə yoxlamalar keçirmək,

· Fəaliyyəti ilə bağlı mütəmadi olaraq birbaşa rəhbərinə hesabatlar hazırlayıb təqdim etmək,

· Uyğun olmayan məhsullarla bağlı birbaşa rəhbərə mlumat vermək,

· Əmək müqaviləsi ilə üzərinə götürdüyü vəzifə və öhdəlikləri vaxtında və lazımınca icra etmək.

Tələblər

· Ali təhsil: Qida mühəndisliyi və ya oxşar sahə üzrə

· Sertifikat: İSO 9001:2015, İSO 22000 və İSO 17025 standartının tələblərini bilməli, bu sahədə təlim almış olması və müvafiq sertifikatlara sahib olması arzu olunandır

· Qida istehsalı sahəsində Keyfiyyətə nəzarət və ya oxşar sahə üzrə ən azı 3-5 illik iş təcrübəsinin olması

· Rus və İngilis-dilini bilməsi arzu olunandır

· Əməyin mühafizəsi, qida təhlükəsizliyi və sanitar gigiyena mövzularında məlumatlı olmalı

· MS Office proqramları (Word, Excel, Outlook), 1C proqramı üzrə biliklər.

 

Əmək haqqı: 800 - 1000 manat

İş qrafiki: 6 günlük

Nahar şirkət tərəfindən təmin olunur. Koroğlu metrosundan servis fəaliyyət göstərir (müəssisə Buzovnada yerləşir)

Namizədlərdən öz CV-lərini müraciət edilən vakansiyanın adı qeyd olunmaqla [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.

Ümumi məlumat
Əlavə edilib: 17-01-2024
Əmək haqqı: 800 - 1000 azn  
Əlaqə məlumatı
Əlaqə üçün e-mail: [email protected]
CV göndərmək

Vakansiya axtarışı