Katibə - kargüzar
"Azprotein Foods Group" MMC Baku Administrative
Tələblər
Share on Google+ Friend Feed Linkedid Twitter Share on facebook
Təsviri

Vəzifə öhdəlikləri:

- Rəhbərliyin işlərini, görüşlərini təşkil etmək,

- Gündəlik sənədləşmə və ofis daxili işləri yerinə yetirmək,

- Şirkətə daxil olan sənədlərin qəbulunu, rəsmiləşdirilməsini və rəhbərliyin yazılı, habelə şifahi göstərişlərinə əsasən struktur bölmələri üzrə paylanmasını təşkil etmək,

- Sənədləşmə prosesində meydana çıxan problemlərin aradan qaldırılmasını təmin etmək, layihə dəyişiklikləri və oxşar sənədlərin kargüzarlıq hissəsinin hazırlanmasını təmin etmək,

- Sənədlərin təhlükəsizliyinin təmin olunması üçün ehtiyat nüsxələrinin saxlanması və arxivləşdirmə işlərini həyata keçirmək,

- Telefon zənglərinə cavab vermək və aidiyyəti üzrə yönləndirmək,

- Təşkilatın rəsmi yazışmalarını, məktublaşmalarını həyata keçirmək,

- Məktubların tərcüməsini təmin etmək (ehtiyac yaranarsa),

- Ofis əməkdaşlarının təsərrüfat malları ilə təmin edilməsini həyata keçirmək,

- Rəhbərliyə çay, kofe, su vermək,

- Rəhbərliyin iş otağının və iş masasının səliqəsinə və təmizliyinə nəzarət etmək,

- Qonaqları qarşılamaq, ehtiyac yarandıqda onlara çay, kofe, su vermək.

Əmək haqqı: 500 - 600 manat net

İş qrafiki: 6 günlük.

Nahar və servis (Koroğlu metrosundan) şirkət tərəfindən təmin olunur.

Namizədlərdən öz CV-lərini müraciət edilən vakansiyanın adı qeyd olunmaqla azprotei[email protected] elektron ünvanına göndərmələri xahiş olunur.

Tələblər

Namizədə Tələblər:

- Təhsil dərəcəsi: Ali və ya orta ixtisas təhsili

- Yaş həddi: 25-35
- Xanım namizəd tələb olunur
- Təcrübə: 3-5 ilə qədər

- Rus və ingilis dili biliyi arzuolunandır
- Microsoft Word, Excell, 1C proqramı üzrə biliklər,
- Ofis avadanlıqları ilə işləmə bacarığı
- Diqqətcil, komandada işləmə bacarığı, nəzakətli danışıq, intizamlı və işinə qarşı məsuliyyətli olmalı
- Səliqəli, punktual, gülərüz, xoş görünüşlü olmalı
- Ünvan: müəssisə Buzovna qəsəbəsində yerləşdiyi üçün yaxında qalan namizədlərə üstünlük veriləcəkdir.

Ümumi məlumat
Əlavə edilib: 25-02-2023
Əmək haqqı: 500 - 600 azn  
Əlaqə məlumatı
Əlaqə üçün e-mail: [email protected]
CV göndərmək

Vakansiya axtarışı