Kateqoriya üzrə mütəxəsis
Sabah Group Baku Administrative
Tələblər
Share on Google+ Friend Feed Linkedid Twitter Share on facebook
Təsviri

Sabah Group” şirkəti “Kateqoriya mütəxəssis”inin vəzifələri:

· - İnkişaf konsepsiyası və marka üzərində işləmə bacarığı.

· - Aktiv şəkildə müştəri perspektivlərini araşdırmaq və əlaqələndirmək.

· - Brendin idarə olunması.

· - Şirkət məhsullarının hədəf kütləsinə uyğun olaraq PR-fəaliyyət sistemini formalaşdırmaq və həyata keçirmək.

· - Büdcə və satış nəticələrinə görə malların düzgün sıralanmasını təmin etmək.

· - Malların düzgün və vaxtında çatdırılmasına nəzarət etmək.

· - Şəxsi heyətin korporativ təlimlərində iştirak etmək.

· - Mağazanın düzgün işləməsinə nəzarət etmək.

· - Düzgün satış strategiyasının hazırlanması.

· - Mağazanın aylıq satış qrafikinin düzgün quraşdırılması və hesablanmasını təmin etmək.

· - Anbarın işinə nəzarət və mağazadakı anbarın vəziyyətini təhlil etmək.

· - Mövcud kolleksiyalar üçün sifariş öncəsi hazırlıq etmək.

· - Yeni mağazaların açılışı ilə bağlı layihələrin hazırlanması.

· - Şirkət tərəfdaşları ilə işgüzar danışıqların aparılması.

· - Ticarət qaydalarına uyğun olaraq satış kampaniyalarının yaradılması və yoxlanılması.

· - Ehtiyaclardan asılı olaraq, məhsul axınının təşkili və idarə olunması. (Tədarüklərin həm keyfiyyət, həm də kəmiyyət baxımından yoxlanılması, bağlamaların hazırlanması və sərgilənməsi)

· - Məhsul axını ilə əlaqəli qaydaların təşkili və uyğunluğunun təmin edilməsi (çatdırılma problemləri, köçürmələr, satıla bilməyən məhsulların anbara qaytarılmasını təşkil etmək)

· - Marka meneceri olaraq, marka tərəfindən təşkil edilən illik iclasda (Konqres və ya forumlarda) iştirak etmək. bu görüşlər əsasən xaricdə keçirilir.

· -İstehlakçı ehtiyaclarını təmin etmək, markanın daha da böyüməsi üçün yeni imkanlar yaradacaq məhsul və ya marka inkişaf layihələrini müəyyənləşdirib idarə etmək.

· - Görülən işlər barədə rəhbərliyə aylıq hesabat vermək.

- Mağazanın ümumi vəziyyəti və işləməsi üçün bütün avadanlıqların saxlanılmasına kömək etmək.

Tələblər

Təhsil:

Azərbaycanda və ya xaricdə “İdarəetmə” və ya “Marketinq” sahəsində bakalavr və ya magistr dərəcəsinin olması.

Bilik və Təcrübə:

Azərbaycan və İngilis dillərində güclü danışıq və yazmaq qabiliyyəti.

MS OFFICE proqram tətbiqetmələrindən sərbəst istifadə bacarığı.

Biznesin inkişaf sahələrini dərindən anlamaq.Pərakəndə satış sahəsinə olan maraq dairəsi.

Heyət idarəsi bacarığı.

Ünsiyyət bacarığı.

Məsuliyyət.Güclü inzibati və təşkilatçılıq bacarığı.

İşgüzar səfərlər üçün imkanların olması.

Kollektivdə işləmək bacarığı (dinləmə, analiz etmə, anlama və təşəbbüs)

Riyazi və məntiqi biliklər

Tələb olunan şərtlər:

o Qadın və ya Kişi namizəd;

o Analiz etmə bacarığı;

o Qərar vermə bacarığı;

CV-lərinizi vakansiya qeyd etmək və foto əlavə etməklə aşağıdakı mail adresinə göndərə bilərsiz.

E-mail: [email protected]

İş şərtləri:

Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun olaraq rəsmiləşdirmə;

Azərbaycan Vətəndaşı olması;

Uğurlu namizəd üçün əmək haqqı 600-800 AZN olaraq müəyyən ediləcək.

Ümumi məlumat
Əlavə edilib: 29-04-2021
Əmək haqqı: 600 - 800 azn
Əlaqə məlumatı
Əlaqə üçün e-mail: [email protected]
CV göndərmək

Vakansiya axtarışı