Kart Biznesi Departamentinin Risklərin İdarə Edilməsi şöbəsinin Baş mütəxəssisi / Ekspert
RabitəBank Baku Administrative
Tələblər
Share on Google+ Friend Feed Linkedid Twitter Share on facebook
Təsviri

Vəzifə öhdəlikləri:

· Müştərilərin ərizələri əsasında, dələduzluq (Fraud) əməliyyatları üzrə araşdırmalar aparmaq və aidiyyatı üzrə cavablandırmaq;

· Risklərin onlayn monitorinqi sisteminin adekvatlığı, risklərin idarə edilməsi prosesinin səmərəliliyi və üzləşdiyi risklərin statusu haqqında müvafiq hesabatları təqdim etmək;

· Risklərinin idarə olunması, minimallaşdırılması və qarşısının alınması ilə bağlı təkliflər vermək;

· Mastercard, Visa beynəlxalq ödəniş sistemlərinin online sistemdə risk bildirişlərinə nəzarət etmək və müştəriyə müvafiq bildiriş məktublarını göndərmək;

· Beynəlxalq ödəniş sistemlərinin Fraud proqramlarını monitorinq etmək;

· Kartların qəbulu (o cümlədən, internet mağazalarda) və istifadəsi üzrə riskləri müəyyən etmək;

· Mövcud və ya yeni kart biznesi üzrə bankın itkilərinin optimallaşdırılması üçün tövsiyələr hazırlamaq;

· Dünyada baş verən kart və elektron dələduzluq və kibercinayət hallarını müşahidə etmək, bu sahədə yenilikləri daimi izləmək və zəruriyyət yarandıqda onları tətbiq etmək.

Tələblər

Vəzifəyə olan tələblər:

· Ali təhsil (İqtisadi və ya Maliyyə sahəsi üzrə olması arzuolunandır);

· Müvafiq sahə üzrə 1 illik iş təcrübəsi;

· Analitik təfəkkür, operativlik, məsuliyyətlilik və təşəbbüskarlıq;

· Azərbaycan dili səlis, İngilis dili biliyi yaxşı səviyyədə;

· MS Office proqramları ilə yüksək səviyyədə işləmək bacarığı;

· Yüksək kommunikasiya, təqdimetmə və yazılı ünsiyyət qabiliyyəti;

· Mərkəzi Bankın normativ xarakterli sənədlərini və təlimatlarını bilmək.

Ümumi məlumat
Əlavə edilib: 26-04-2021
Əmək haqqı: 1000 - 1200 azn  
Əlaqə məlumatı
Əlaqə üçün e-mail: [email protected]
CV göndərmək

Vakansiya axtarışı