Kadr işləri üzrə mütəxəssis
Tələblər
Share on Google+ Friend Feed Linkedid Twitter Share on facebook
Təsviri

Kadr işləri üzrə mütəxəssis

Regency Consulting and Tax Solutions MMC

Yeni ideyalara açıq komandada məhdudiyyətsiz inkişaf !

Şirkətimizdə işçilərin yaradıcılığı və ideaları rəhbərlik tərəfindən daim dəstəklənir. Bizimlə çalışaraq, rəhbərliklə açıq müzakirə və yaxın əməkdaşlıq imkanları, öz layihələrinizi, yenilikçi fikirlərinizi reallaşdırmaq üçün şirkətin davamlı dəstəyi, karyeranızda fərq yaratmaq imkanı və motivasiyaedici iş mühiti əldə edəcəksiniz. Bizə qoşulun, idealarınızı dəstəkləyərək birgə böyüyək.

İş barədə məlumat:

∙ Əmək müqavilələrinin bağlanması, dəyişikliklər və xitam edilməsi ;

∙ Əmrlərin, ərizələrin, arayışların və digər sənədlərin hazırlanması ( məzuniyyət, ezamiyyə,, işə qəbul, mükafat və s.) ;

∙ Əmək haqqı kartı sifarişlərinin verilməsi;

∙ Tabellərin tərtib edilməsi;

∙ 1C proqramında gündəlik əməliyyatların icrası

∙ Sosial məzuniyyətlərə dair əməliyyatların icrası;

∙ Aylıq, rüblük statistika hesabatlarının verilməsi;

∙ İcbari sığorta müqavilələrinin bağlanması və əlavələr edilməsi ilə bağlı əməliyyatlar;

∙ Kadr sənədlərinin uçotunun aparılması;

∙ Müştərilər tərəfindən daxil olan digər gündəlik sorğuların icrası.

İş şəraiti:

∙ Həftədə 5 iş günü, saat 09:00-18:00, nahar vaxtı saat 13:00 -14:00;

∙ Koorporativ mobil nömrə;

∙ Əmək haqqı – 600-700 AZN ;

∙ İlkin olaraq, 1 həftə sınaq müddəti təyin olunur. Sınaq müddəti ödənişsizdir.

Tələblər

Namizəd üçün tələblər:

∙ Ali və ya orta təhsil;

∙ İnsan Resursları sahəsində 1 ildən çox iş təcrübəsi;

∙ Microsoft Ofiice proqramları ilə işləmə bacarığı;

∙ İnsan Resursları sahəsi üzrə nəzəri biliklər (Əmək Məcəlləsi, Əmək Məcəlləsi ilə əlaqəli qanunlar, normativlər);

∙ ƏMAS, İSB və Elektron Hökumət Portalında işləmə bacarığı;

∙ Azərbaycan dilində səlis danışıq və yazışma bacarığı vacibdir. Rus dili üstünlükdür.

Namizədlərdən “cv”-lərini [email protected] elektron poçt ünvanına mövzu yerində "Kadr işləri üzrə mütəxəssis"- “Vakansiyanın əldə olunduğu mənbənin adı” başlığı yazmaqla göndərmələri xahiş olunur.

Ümumi məlumat
Əlavə edilib: 12-09-2024
Əmək haqqı: 600 - 700 azn  
Əlaqə məlumatı
Əlaqə üçün e-mail: [email protected]
CV göndərmək

Vakansiya axtarışı