Könüllü Jurnalist
Tələblər
Share on Google+ Friend Feed Linkedid Twitter Share on facebook
Təsviri
Tələbələr üçün könüllü Jurnalist vakansiyası Mediation.az saytının “Xəbərlər” bölümünə (Hüquq, İqtisadiyyat, Dünya və siyasət və Gündəm sahələri üzrə) 3 könüllü tələbə tələb olunur. Vəzifə öhdəlikləri: • Saytın Xəbərlər bölməsi üzrə gündəlik yenilənməni təmin etmək; • Saytın Xəbərlər bölməsindəki sahələr üzrə yerli və xarici informasiya mənbələrinin izlənilməsi; • Saytın sosial şəbəkələrdəki səhifəsini idarə etmək; • Sahələr üzrə məlumatların toplanması, hazırlanması və emalı; • Zəruri hallarda müsahibələr hazırlamaq; • Xüsusi araşdırma yazıları hazırlamaq; • İnformasiya sorğularının tərtib olunması; • Zəruri hallarda mətbuat konfransında və digər tədbirlərdə iştirak etmək; • Xəbərlərin düzgün təqdim olunmasına dair tələblərin yerinə yetirilməsi. İş barədə: • Məsafədən işləmə; • Ayda bir dəfə ofisdə iclasda iştirak etmək və hesabat vermək; • Tərəfimizdən təşkil olunan 10 günlük təlimdə iştirak etməli (saytda məlumatların yerləşdirilməsi qaydalarını və məlumat saytları ilə işləmə üsullarını öyrənmək üçün); • Könüllülük müddəti 6 aydır, əlavə 1 ilə kimi uzadıla bilər; • Könüllülük müddətinin sonunda sertifikat və könüllü Jurnalist kimi işləmə haqda xasiyyətnamə verilir. Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 31 dekabr 2021-ci il tarixədək mövzu yerinə “Könüllü jurnalist” yazmaqla, [email protected] elektron ünvanına göndərə bilərlər. Mediation.az
Tələblər
Namizədə tələblər: • Jurnalistika üzrə təhsil alan və ya gələcək karyerasını jurnalistika sahəsində qurmaq istəyən digər ixtisaslı tələbələr (II, III və IV kurs); • İş təcrübəsinə ehtiyac yoxdur; • Azərbaycan dilinin qrammatik qaydalarını mükəmməl səviyyədə bilmək; • İngilis dilində baza bilikləri olmalı; • Office proqramları biliyi; • İqtisadi və siyasi sahələrdə baza bilikləri olmalı; • İnternet jurnalistikasının, o cümlədən, xəbərlərin yazılması xüsusiyyətlərini başa düşməli; • Dünyagörüşə, üslub hissinə, redaktə və ədəbi redaktə bacarığına malik olmalı; • İnternetdə məlumat axtarışı panellərini tanımalı və onlardan tam istifadə etməyi bacarmalı; • Jurnalistika işinin təşkili prinsipini anlamalı; • Aktiv, məqsədyönlü, işini sevən və öyrənməyə hazır olmalı.
Ümumi məlumat
Əlavə edilib: 14-11-2021
Əmək haqqı: razılaşma
Əlaqə məlumatı
Əlaqə üçün e-mail: [email protected]
CV göndərmək

Vakansiya axtarışı