“İstehsalat üzrə operator”
Avrora MMC Baku Administrative
Tələblər
Share on Google+ Friend Feed Linkedid Twitter Share on facebook
Təsviri

· Texnoloji maşın və avadanlıqların idarə edilməsi.

· İstehsalatda xüsusi cihazların, maşınların işinin tənzimlənməsinin həyata keçirilməsi;

· Gündəlik istehsal olunacaq sifarişlərin dəzgahlara proqramlaşdırılması və istehsal prosesinin başladılması;

· İstehsalat zamanı dəzgahlarda yaranan texniki və texnoloji problemlərin analiz edilməsi;

· İstehsal avadanlıqlarının texniki istismar qaydalarına uyğun işləməsinə nəzarət edilməsi;

· İstehsalat zamanı müəyyən edilmiş çeşiddə və növdə məhsul istehsalına, məhsulun keyfiyyətinin qüvvədə olan norma və standartların tələblərinə cavab verilməsinə nəzarət edilməsi.

 

· İş qrafiki : Növbəli iş qrafiki;

· İş yeri : Hökməli qəs;

· Nahar və servis şirkət tərəfindən təmin olunur.

 

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “İstehsalat üzrə operator” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

 

Tələblər

· Təhsil : Ali və ya orta texniki peşə təhsili (texniki və istehsalat sahəsində təhsilə üstünlük verilir);

· İş təcrübəsi : 6 aydan az olmayaraq;

· Yaş həddi : 22-45.

 

· Dəzgah və avadanlıqlarda təmir bərpa işlərinə nəzarət etmək üçün mexaniki-texniki bilik və bacarıqlara sahib olmalı;

· Texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğına qarşı müdafiə üzrə qaydalara bələd olmalı.

Ümumi məlumat
Əlavə edilib: 03-11-2021
Əmək haqqı: 600 - 700 azn  
Əlaqə məlumatı
Əlaqə üçün e-mail: [email protected]
CV göndərmək

Vakansiya axtarışı