İstehsalat prosesinə ümumi rəhbərlik etmək, bölmədə istehsal planının vaxtında və keyfiyyətlə icrasını təmin etmək;
İstehsalın fasiləsiz və təhlükəsiz gedişinə nəzarət etmək;
İşçilərin düzgün bölgüsünü aparmaq, iş intizamına və əmək təhlükəsizliyinə riayət olunmasını təmin etmək;
İstehsalat prosesində istifadə olunan avadanlıqların və materialların səmərəli istifadəsinə nəzarət etmək;
Bölmə üzrə gündəlik, həftəlik və aylıq istehsal hesabatlarının hazırlanması və rəhbərliyə təqdim olunması;
İstehsal prosesində yaranan texniki və təşkilati problemlərin vaxtında həlli üçün tədbirlər görmək;
İşçi heyətin peşəkar inkişafına və komanda işinin gücləndirilməsinə yönəlik təşəbbüslər göstərmək;
6 günlük iş rejimi, 1 gün istirahət ;
Nahar şirkət tərəfindən təmin edilir;
Servis mövcüddur ( Hacıqabul, Şirvan və Sabirabad rayonlarından servis xidmətimiz fəaliyyət göstərir );
Əmək haqqı : Müsahibə əsasında.
Əgər bu vəzifəyə uyğun olduğunuzu düşünürsünüzsə, CV-nizi elektron poçt [email protected] ünvanımıza göndərə bilərsiniz .
Ali və ya texniki təhsil (istehsalat, mühəndislik və ya idarəetmə sahəsində);
Xanım namizədlərə üstünlük verilir;Yaş həddi : 30-55 yaş arası;
Hacıqabul, Şirvan və Sabirabad rayonlarından müraciət edən namizədlərə üstünlük veriləcəkdir;
İstehsalat və ya sənaye müəssisəsində bölmə rəhbəri vəzifəsində ən azı 1 illik təcrübə;
Komanda idarəetmə bacarığı, analitik düşüncə və qərarvermə qabiliyyəti;
Yüksək məsuliyyət, operativlik və intizam.
