- İnstitut üzrə proqram və texniki vasitələrin istismarı zamanı ortaya çıxan problemlərin vaxtında həlli üçün tədbirlər görmək;
- şöbənin fəaliyyəti ilə bağlı ona aid hesabatları dövrlər üzrə hazırlamaq və İnstitutun rəhbərliyinə təqdim etmək;
- İnstitutun kompüter, server və şəbəkə avadanlıqlarının əməliyyat sistemlərinin quraşdırılmasında iştirak etmək, konfiqurasiya etmək və işlək vəziyyətdə saxlamaq;
- İnstitutun kompüter və internet avadanlıqlarına daimi texniki xidmət göstərmək;
- Kompüter istifadəçilərinə ümumi təyinatlı proqram təminatı, kompüter və ofis avadanlığı üzrə texniki dəstək göstərmək;
- İnstitutun lokal və qlobal şəbəkələrinin yaradılması, dəstəklənməsi üzrə işləri yerinə yetirmək, mütəmadi monitorinqlər aparmaq.
- informasiya texnologiyaları, informasiya texnologiyaları və sistemləri mühəndisliyi, sistem mühəndisliyi, kompüter mühəndisliyi, kompüter elmləri, proseslərin avtomatlaşdırılması mühəndisliyi, riyaziyyat və informatika müəllimliyi, informatika müəllimliyi, informasiya təhlükəsizliyi ixtisasları üzrə ali təhsil;
- müvafiq sahə üzrə 3 illik iş stajı;
- Azərbaycan dili (ingilis dili B2 səviyyəsində tələb olunur, rus dilini bilmək arzuolunandır);
- korporativ poçt ilə işləmə bacarığına malik olmaq (Microsoft Outlook və s.);
- server avadanlıqlarının - HP ProLiant, Dell PowerEdge və şəbəkə avadanlıqlarının - Switch (L2, L3), Access Point, Router (Cisco, Ubiquiti, MikroTik və s.) barəsində məlumatlı olmaq;
- server əməliyyat sistemlərinin (Windows Server (AD, DNS, RDS, GPO), Linux) quraşdırılması, sazlanması və idarə olunması işlərini bacarmaq;
- Exchange Server ilə iş təcrübəsinə malik olmaq;
- müxtəlif əməliyyat sistemlərinin və proqram təminatının quraşdırılması və sazlanması (Microsoft Windows 7/8/8.1/10/11), Microsoft Office 2007/2010/2013/2016/2019 və s. printerlərin sazlanması və periferiya qurğularında ortaya çıxa biləcək problemlərin aradan qaldırılması;
- yaxşı ünsiyyət qurmaq və komanda ilə işləmək bacarığı.
Fotoşəkil əlavə edilmiş CV mövzu sətrində vakansiyanın adı qeyd olunmaqla 13 noyabr 2024-cü il saat 15:00-dək İNFO@LHRİ.AZ e-mail ünvanına göndərilməlidir.