Xəzinədar
Tələblər
Share on Google+ Friend Feed Linkedid Twitter Share on facebook
Təsviri

Vəzifə öhdəlikləri:

- Alıcılara fasiləsiz kassa xidmətini təmin etməlidir;

- Müştərilərlə, eləcədə iş yoldaşlari ilə gülərüz, mehriban olmalı, kassa xidməti göstərərkən alıcılarla nəzakətli rəftar etməlidir;

- Alıcılara kassa xidməti göstərərkən rahat şərait yaratmalı, növbələrin yaranmaması üçün işini operativ şəkildə həyata keçirməlidir;

- Kassa zonasını təmiz və səliqəli saxlamalıdır;

- Alıcıların ödədikləri pul vəsaitlərinin nəzarət - kassa aparatlarında düzgün əks olunması və yığılmasını həyata keçirməlidir;

- Nəzarət Kassa Aparatı – nın göstəricilərinə əsasən məbləği aydın şəkildə alıcıya söyləməli və ödənişi alıcıdan qəbul etməlidir;

- Pulun qalığını kassa çeki ilə birlikdə alıcıya verməlidir;

- Hər bir müştərinin çekini təqdim etdikdən sonra müştərilər tərəfindən alınan məhsulları paketlərə yığmalıdır;

- Ona təhkim olunan kassa ətrafı satış mallarının səliqəli düzülməsinə, tarix kontroluna və inventarlarının keçirilməsinə cavabdehdir;

- Kassa növbəsinin sonunda kassadakı pulları hesabat əsasında mağazanın baş inzibatçısı və ya köməkçisinə təhvil verməlidir;

- İş zamanı təsdiqlənmiş iş uniformasında olmalı, xarici görünüşünə, şəxsi gigiyenasına fikir verməlidir və iş saatlarında ona verilən yaxa kartı daim üzərində görünəcək şəkildə olmalıdır.

 

İş şəraiti:

- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;

- İş yeri: Abşeron rayonu, Saray qəsəbəsi;

- Nahar şirkət tərəfindən təmin ediləcək. 

 

Tələblər

- Müvafiq sahə üzrə 1-3 il iş təcrübəsi;

- Orta və ya ali təhsil;

- Dil bilikləri: Azərbaycan dili-Səlis (Rus dili arzuolunan);

- Pul vəsaitlərinin qəbulu, verilməsi və saxlanması qaydalarını;

- Satış texnikası və prinsiplərini, davranış etikasını;

- Nəzarət - kassa aparatlarının istismarı qaydalarını;

- Mağazanın təşkilati strukturunu;

- Alıcılara keyfiyyətli xidmət standartlarını;

- Kassada istifadə olunan mövcud proqramı kassa səviyyəsində bilməlidir.

Qeyd edilən tələblərə uyğun olan namizədlərdən şəkilli “CV”-lərini mövzu yerində “Kassir” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur.

Ümumi məlumat
Əlavə edilib: 10-02-2020
Əmək haqqı: 400 - 500 azn  
Əlaqə məlumatı
Əlaqə üçün e-mail: [email protected]
CV göndərmək

Vakansiya axtarışı