Şirkət haqqında:
İnternational Bank Olmayan Kredit Təşkilatı olaraq, müştərilərimizə sürətli və etibarlı maliyyə həlləri təqdim etməklə yanaşı, güclü və peşəkar komanda qurmağa önəm verir. Biz insan kapitalını ən dəyərli sərvətimiz hesab edir və əməkdaşlarımızın inkişafına investisiya edirik. Şirkətimizdə komanda ruhunu, peşəkar inkişafı və uzunmüddətli karyera perspektivlərini dəstəkləyən mühit yaradırıq. Əgər sən də dinamik və innovativ komandamızın bir parçası olmaq istəyirsənsə, səni bizimlə əməkdaşlığa dəvət edirik!
Bakı və Region filiallarımızda part time və full time olmaq üzrə Təcrübə proqramı elan edirik.
Vəzifə öhdəlikləri:
Müştərilərə kredit məhsulları haqqında ətraflı məlumat vermək;Potensial müştəriləri cəlb etmək və onlarla əlaqə qurmaq;Kredit müraciətlərinin qəbulu və ilkin yoxlanışını həyata keçirmək;Müştəri bazasının genişləndirilməsinə dəstək olmaq;Satış hədəflərinin yerinə yetirilməsində aktiv iştirak etmək;Müqavilələrin hazırlanması və sənədlərin düzgün tərtib edilməsinə kömək etmək.
Tələblər:
Ali təhsil (maliyyə, biznes idarəçiliyi, iqtisadiyyat və ya əlaqəli sahələr üzrə);Yaxşı ünsiyyət və təqdimat bacarıqları;Satış və ya müştəri xidməti sahəsinə maraq;Komanda ilə işləmə və təşəbbüskarlıq qabiliyyəti;Azərbaycan dili sərbəst, rus və ingilis dili bilikləri üstünlükdür.Öyrənməyə açıq olmaq.Hədəflərlə işləməyi bacarmaq.
Sizə nə vəd edirik:
Təcrübə Proqramını uğurla başa vuran namizədlər rəsmi iş təklifi alacaqlarTəcrübəçilərə yaşadıqları ünvana yaxın filiallarda təcrübə proqramında iştirak etmək imkanı.Satış sahəsində praktiki təcrübə qazanmaq imkanı;Peşəkar mentorların dəstəyi ilə bilik və bacarıqların inkişafı;Korporativ mühitdə təcrübə və karyera inkişafı imkanları.
İş qrafiki: 9:00-18:00 və ya part time
Təcrübə müddəti boyunca nailiyyət bonusları nəzərdə tutulmuşdur.
Müraciət qaydası:
Maraqlanan namizədlər CV-lərini [email protected] göndərə bilərlər. Mövzu sətrində “Təcrübə Proqramı” qeyd olunmalıdır.
