Ticarət Nümayəndəsi
"Koroğlu" MMC [Ismayilli, Baku, Azerbaijan] Sales
Tələblər
"Koroğlu" MMC http:// [Ismayilli, Baku, Azerbaijan]
Share on Google+ Friend Feed Linkedid Twitter Share on facebook
Təsviri

TİCARƏT NÜMAYƏNDƏSİ

(TN tapmaq üçün tələblər)

Ə/H – 1200-2000 AZN

Şirkət: "Koroğlu" MMC, 1992 -ci ildə qurulan, Bakıda və Respublikanın bütün bölgələrində şirniyyat məhsulları satan bir distribyutor şirkətidir.

Öhdəlikləri:

Satış prosesi aşağıdakı qaydada həyata keçirilməlidir:
- Satış hədəflərini yerinə yetirmək;
- Gündəlik nəticələr haqqında hesabatları hazırlamaq və rəhbərliyə təqdim etmək;
- Planlaşdırma, təqdimat və marketinq tədbirlərində iştirak etmək;
- Satış standartlarına uyğun olaraq satış nöqtəsində işlərin həyata keçirilməsi;
- Müəyyən edilən marşrut xəritəsi üzərində müştəri ziyarətləri edərək məhsulun satışının təşkil olunması;
- Satış sonrası əməliyyatları, çatdırılma və ödəmə proseslərini izləmək;
- Satış nöqtələrində məhsulların təqdimatını keçirmək;
- Müştərilərlə ünsiyyətin qurulması və iş birliyinin yaradılması;
- Satış nöqtələrində malların tam çeşidinin olmasına nəzarət etmək;
- Satış nöqtələrində məhsulların düzgün quruluşunu təmin etmək;
- Bütün yeni layihələr haqqında müştəriləri məlumatlandırmaq;
- Ticarət nöqtələrinin inkişaf etdirilməsi;
- Reklam materiallarından effektiv istifadə edilməsi;

İş şəraiti:

-İş rejimi - 5 günlükdür;
-İş saatı 09:00-18:00;
-İstirahət vaxtı həftədə 2 gündür, şənbə və bazar günləri;

-Təlim şirkət tərəfindən həyata keçirilir/

-Sabit əmək haqqı (FİX) – 800 AZN ( Bonus sisteminə əsasən 1200 AZN-dək əlavə əmək haqqı hesablanılır );

-Ödənişli məzüniyyat;

-AR əmək məcəlləsinə uyğun sənədləşmə;

-Karyera yüksəlişi imkanı mövcuddur.

Tələblər

Tələblər:

- Təhsil : Tam orta, Ali təhsil olana üstünlük verilir;

- İş təcrübəsi : 1 ildən çox(satış sahəsində iş təcrübəsi olanlara üstünlük verilir);

-25-40 yaş;

-Cinsi – Kişi;

- Azərbaycan Respublikasının bölgələrində ( İsmayıllı-Qəbələ,Şirvan-Kürdəmir,Biləsuvar-Səlyan,Neftçala; Ağcabədi, İmişli-Saatlı) işləməyə hazır olan
- Azərbaycan dilində səlis danışıq qabiliyyəti (Rus-dili biliyi olana üstünlük verilir);
- Kompüter biliyi: ofis proqramları;

- Təşkilatçılıq, dəqiqlik, təhlil bacarığı;
- Kreativlik, analitik bacarıq;

- Riyazi biliklər;
- Məhsulları müştəriyə nümayiş etdirmə və ünsiyyət qurmaq bacarığı;

- Etirazlarla işləmək bacarığı;
- Aktiv və çalışqan;
- Təzyiq altında işləmək bacarığı;
- Məqsədyönlü və işinə məsuliyyətli yanaşan;
- Kollektivlə işləmə bacarığı;
- Hərbi biletin mövcudluğu;

- Sürücülük vəsiqəsi (B kateqoriyası);
- Şəxsi avtomobilin olması mütləqdir,yanacaq və avtomobilin amartizasiya xərcləri şirkət tərəfindən ödənilir ( avtomobili olmayanlar işə qəbul olunmur );
- Öz karyerasını satış sahəsində qurmaq istəyən şəxslər.

Müraciət etmək istəyən namizədlər CV-lərini [email protected] ünvanına mövzu hissəsinə “Ticarət nümayəndəsi” qeyd edərək göndərə bilərsiniz.

Ümumi məlumat
Əlavə edilib: 09-10-2024
Əmək haqqı: 1200 - 2000 azn  
Əlaqə məlumatı
Əlaqə üçün e-mail: [email protected]
CV göndərmək

Vakansiya axtarışı