SÜRÜCÜ
Ə/H – 700-800 AZN
(Sürücü tapmaq üçün tələblər)
Şirkət: "Koroğlu" MMC, 1992 -ci ildə qurulan, Bakıda və Respublikanın bütün bölgələrində şirniyyat məhsulları satan bir distribyutor şirkətidir.
Öhdəliklər:
-Şirkətin məhsullarını tam və vaxtında daşınmasını təmin etmək;
-Malları nəqliyyat vasitəsinə yükü yerində düzgün yerləşdirilməsini təmin etmək;
-Maşının yanacaq və digər maddələrlə vaxtında doldurulmasını təmin etmək;
-Yük maşınının təmizliyini və xidmət qabiliyyətini qorumaq;
-Yol hərəkəti qaydalarına və yanğın təhlükəsizliyi qaydalarına riayət etmək;
-Nəqliyyat vasitəsində əmələ gələn nasazlıqlar haqqında Baş dispetçerə vaxtında məlumat vermək;
-Tələb olunan sənədlərin doldurulması və düzgünlüyünün yoxlanılması.
İş şəraiti:
-AR şəhər / bölgələrində işləmək;
-İstirahət vaxtı həftədə 1 gündür, bazar günü;
-Sabit əmək haqqı (FİX) – 400 AZN ( Bonus sisteminə əsasən 400 AZN-dək əlavə əmək haqqı hesablanılır);
-Ödənişli məzuniyyət;
-AR əmək məcəlləsinə uyğun sənədləşmə
-Şirkət daxilində inkişaf perspektivi və rotasiya.
TTələblər:
-Cinsi – kişi;
-Yaş 30 - 60 arasında;
-Tamamlanmış orta və orta-ixtisas təhsil;
-Yük maşını sürmə təcrübəsi - 8 ildən və daha çox (8-10 ton malın daşınması);
-"B", "C" kateqoriyalı etibarlı sürücülük vəsiqəsi;
-Ailə vəziyyəti - ailəli;
-Yük maşınının hissələrini tez təmir etməyin yollarını bilmək. Avtomobilə qulluq və qulluq qaydaları;
-Yol vərəqələrini və digər tələb olunan sənədləri doldurmaq və yoxlamaq normalarını bilmək
Uyğun namizədlər [email protected] ünvananına mövzu hissəsində “SÜRÜCÜ” qeyd edərək müraciət edə bilərsiniz .
