Öhdəliklər:
- Daxil olan zənglərə cavab verərək, məhsullar, xidmətlər və problemlər barədə məlumat vermək
- Sosial media üzərindən yeni müştərilər cəlb etmək
- Avtomobil təkərləri və ehtiyyat hissələri haqqında məlumat verərək müştəriyə uyğun təkliflər hazırlamaq və satış etmək
- Müştərilərə məhsulun istifadəsi ilə bağlı texniki dəstək vermək, nasazlıqlar və ya əməliyyat problemləri ilə bağlı həll yolları təqdim etmək
- Müştərilərin şikayət və problemlərini diqqətlə dinləyib, onları müvafiq şöbələrə yönləndirmək və həllin təmin olunmasına kömək etmək
- Çağrı mərkəzinin müvafiq bazasında müştəri məlumatlarının düzgün və tam olmasına diqqət yetirmək, məlumatların təzələnməsini təmin etmək
- Müştəri məmnuniyyətini təmin etmək məqsədilə müştəri ilə düzgün ünsiyyət qurmaq
- Yeni məhsul və xidmətlər haqqında biliklərin mütəmadi olaraq yenilənməsi və müştərilərə ən doğru məlumatın verilməsini təmin etmək
- Sosial media üzərindən daxil olan ismarıcların cavablandırılmasını təmin etmək
- Online müraciətlərin yönləndirilməsini və qeydiyyatını təmin etmək
Tələblər:
- Cins: Qadın / Kişi
- Yaş həddi: 20-35 yaş
- Ali təhsil
- Oxşar vəzifə üzrə 3 il iş təcrübəsi
- MS Office
- Dil bilikləri: Azərbaycan və Rus dilləri səlis (İngilis dilini bilənlərə üstünlük veriləcək)
- Müştəri məmnuniyyətini təmin etmə bacarığı
- İşgüzar ünsiyyət etiketi və danışıqlar üzrə bilik və bacarıqlar
- Müvafiq texniki biliklər və məhsullar barədə məlumat
- Çağrı mərkəzində və ya müştəri xidməti sahəsində iş təcrübəsi mütləqdir
- Şəxsi keyfiyyətlər: intizamlı, məsuliyyətli, punktual, diqqətli, ünsiyyətcil və çalışqan
- Komandada işləmək bacarığına malik olan
İş şəraiti:
- İş saatı : 09:00-18:00
- Nahar şirkət tərəfindən qarşılanır;
- İş rejimi: Həftənin 6 günü; istirahet günü - bazar
- İş yeri: Babək pr., M.H.Kazımov küç., 8
- Əmək haqqı: 800 AZN
- Şirkət: Radius Təkər Mərkəzi
Müraciət qaydası:
Maraqlanan namizədlər CV-ni “Çağrı mərkəzi operatoru" mövzusu ilə [email protected] ünvanına göndərə bilərlər.
