“Badamlı” Mineral Sular Satış Mərkəzi Satış təmsilçisi
vakansiyasını açıq elan edir.
Bu 1947-ci ildən Azərbaycan mineral sular istehsalında və satışında ilk və lider olan “Badamlı” şirkətinin gənc və dinamik komandasının üzvü olmaq istəyənlər üçün faydalı fürsətdir.
Komandaya qoşulmaqla Siz nə əldə edəcəksiniz:
• Ölkənin ilk su markası sayılan Badamlı şirkətinin gənc və dinamik komandasında iş təcrübəsi
• Adekvat əmək haqqı və satış hədəflərinə uyğun bonus sistemi
• Təlim və inkişaf məsələlərində Şirkətin dəstəyi
• Davamlı karyera inkişafı
• Korporativ telefon
• Qanunvericiliyə uyğun sənədləşdirmə və bazar günləri istirahət imkanları
Görəcəyiniz işlər:
• Müəyyən olunmuş ərazidə yerləşən müştərilərə məhsulun çeşidləri üzrə təqdimatını/tanıtımını etmək
• Məhsulların çeşidləri üzrə maksimum satışını həyata keçirmək
• Satılmış məhsullara görə ödənişlərin yığılmasını həyata keçirmək
• Satış nöqtələrinin müvafiq ardıcıllığa uyğun olaraq mütəmadi ziyarətini həyata keçirmək
• Şirkətə yeni müştərilərin cəlb edilməsi istiqamətində işlər görmək
Əgər bizim axtardığımız ideal namizəd Sizsinizsə CV-nizi
elektron ünvanına göndərməyiniz xahiş olunur (məktubun mövzusu: "Satış təmsilçisi")
Ünvan: Bakı şəh., Nizami ray., Əlişir Nəvai 17 (Neft Emalı Zavodunun yaxınlığı)
• Orta ixtisas təhsili, ali təhsili olanlara üstünlük verilir
• Satış sahəsində ən az 2 il iş təcrübəsi olan
• 25-45 yaş aralığındakı namizədlərə üstünlük verilir
• Danışıqlar aparmaq və yüksək ünsiyyət keyfiyyətlərinə malik olmaq
• Satış terminalları ilə işləmək
• Şəxsi avtomobil (yanacaq və amortizasiya xərcləri Şirkət tərəfindən ödənilir)
• Bakı (müvafiq regionu) şəhərini yaxşı tanımaq
• Kompüter və MS Office proqram bilikləri