Satış məsləhətçisi
Tələblər
Share on Google+ Friend Feed Linkedid Twitter Share on facebook
Təsviri

Öhdəliklər:
- Məhsulların çeşidi və qiymətləri, mövcudluğu, texniki göstəriciləri, istehsalçı barədə məlumat, saxlanma şəraiti və müddəti, istehsal texnologiyası, çatdırılma vaxtı və digər suallar üzrə məsləhətlərin alıcılara verilməsini təmin etmək
- Cari lahiyələr, marketinq tədbirləri, aksiya və kampaniyalar, mövcud olan ödəniş qaydaları haqqında məlumat verib, mövcud olmayan malların alternativlərinin alıcılara təklif edilməsini təmin etmək
- İş məlumatlarının proqram təminatının məlumat bazasına tam şəkildə və düzgün əlavə edilməsini təmin etmək
- Malların satışa hazırlığının təşkil edilməsini təmin etmək (malın anbardan sifarişi, onun anbardan gətirilməsi və müştəriyə çatdırılmasına nəzarət)
- Sərgi zalında malların daimi mövcudluğunu və çeşidlənməsini təmin etmək
- Malların üzərində qiymət etiketinin mövcud olması, onların düzgün yerləşdirilməsi və malların üzərində qiymətlərin düzgün qeyd olunmasını təmin etmək
- Daxil olan telefon zənglərinin təlimata əsasən cavablandırılması, məhsul və xidmətlər haqqında tam və etibarlı məlumatların verilməsini təmin etmək

Tələblər

Tələblər:
- Cins: Kişi
- Yaş həddi: 20-35 yaş
- Ali təhsil
- Oxşar vəzifə üzrə 3 il iş təcrübəsi
- MS Office (əsasən Excel, Word, 1C və Outlook)
- Dil bilikləri: Azərbaycan və Rus dilləri səlis (İngilis dilini bilənlərə üstünlük veriləcək)
- Müştəri məmnuniyyətini təmin etmə bacarığı
- İşgüzar ünsiyyət etiketi və danışıqlar üzrə bilik və bacarıqlar
- Müvafiq texniki biliklər və məhsullar barədə məlumat
- Şəxsi keyfiyyətlər: intizamlı, məsuliyyətli, punktual, diqqətli, ünsiyyətcil və çalışqan
- Komandada işləmək bacarığına malik olan

İş şəraiti:
- İş saatı : 09:00-18:00 və 12:00-21:00 (növbəli)
- Nahar şirkət tərəfindən qarşılanır;
- İş rejimi: Həftənin 6 günü; istirahet günü həftə içi
- İş yeri: Babək pr., M.H.Kazımov küç., 8
- Əmək haqqı: 500 AZN + satışdan bonus
- Şirkət: Radius Təkər Mərkəzi

Müraciət qaydası:
Maraqlanan namizədlər CV-ni “Satış məsləhətçisi" mövzusu ilə [email protected] ünvanına göndərə bilərlər.

Ümumi məlumat
Əlavə edilib: 27-09-2025
Əmək haqqı: 500 - 500 azn  
Əlaqə məlumatı
Əlaqə üçün e-mail: [email protected]
CV göndərmək

Vakansiya axtarışı