Satınalma üzrə mütəxəssis
Tələblər
Share on Google+ Friend Feed Linkedid Twitter Share on facebook
Təsviri

Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq cəmiyyətin və onun balansında olan müəssisələrin ehtiyacları üçün zəruri olan malların, işlərin (xidmətlərin) satın alınması ilə bağlı tender komissiyasının işini təşkil etmək, o cümlədən komissiyanın qərarına əsasən dəvət məktublarını tərtib etmək, malgöndərənlərə (podratçılara) dəvət məktubları göndərmək, keçirilən tenderlə bağlı malgöndərənlərin (podratçıların) suallarına cavablandırmaq və ya sualları aidiyyəti şəxslərə çatdırmaq;
• Tenderin əsas Şərtlər Toplusunun, satınalma metodlarının (açıq tender, kotirovka sorğusunun, təkliflər sorğusunun və digər) dövlət satınalmaları haqqında qanunvericiliyə uyğun olaraq tərtib olunması zamanı satınalma predmetinə aid texniki şərtləri aidiyyəti şöbələrdən əldə etmək və onları müvafiq şərtlər toplusuna daxil etmək;
• Daxil olmuş tender təkliflərinin, ofertaların və kotirovkaların qeydiyyatını aparmaq, onların aidiyyəti üzrə saxlanılmasını təşkil etmək;
• Keçirilmiş satınalmaların yekunlarına dair tender komissiyasının yekun protokolunu tərtib etmək və müvafiq qaydada Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə göndərilməsini təmin etmək;
• Keçirilmiş satınalmaların nəticələrinə dair qanunvericilikdə nəzərdə tutulmuş qaydada hesabat tərtib etmək;
• Satınalamalara dair sənədlər toplusunun hazırlanmasını və saxlanılmasını təmin etmək
İş qrafiki: natamam və ya outsource xidmət

Tələblər

• Ali təhsil-Hüquq, Menecment, Biznesin idarəedilməsi
• İş təcrübəsi – ən azı 3 il
• Dil bilikləri- azərbaycan dili (əla), rus və ingilis dillərinin bilməsi üstünlük təşkil edir.
Komandamıza qoşulmaq üçün CV-nizi zemfira.zeynalova.az ünvanına “Satınalma və təchizat şöbəsi üzrə Mütəxəssis” qeyd etməklə göndərə bilərsiniz.
________________________________________

Ümumi məlumat
Əlavə edilib: 22-05-2023
Əmək haqqı: 400 - 600 azn  
Əlaqə məlumatı
Əlaqə üçün e-mail: [email protected]
CV göndərmək

Vakansiya axtarışı