Satınalma mütəxəssisi
Caspian Cable Systems MMC Qobu Logistics/Transportation
Tələblər
Share on Google+ Friend Feed Linkedid Twitter Share on facebook
Təsviri

Vəzifə öhdəlikləri:

· Ehtiyac duyulan mal və materialın alışı zamanı keyfiyyət və qiymət uyğunluğunun təmin edilməsi

· Mütəmadi olaraq təchizatçı siyahısının yenilənməsi və yeni təchizatçıların axtarılması

· Müəssisənin maraqlarının bütün hallarda üstün tutulması və alış zamanı şəffaflığın təmin edilməsi

· Təchizatla bağlı olan qrupda makinalar üçün alınmalı ehtiyyat hissələrini təchizat rəhbəri ilə dəqiqləşdirərək alışını həyata keçirmək

· Malları alarkən çeklərini mühasibarlığa təhvil vermək

· Lazım olan ehtiyat hissələrini müəyyən yerlərdən axtarıb tapmaq

· Ərzaq və təmizlik vəsaitlərinin sifarişini almaq və alışını həyata keçirmək

· İstifadə olunan yanacaq çeklərini mühasibatlığa təhvil vermək

· Rəhbər tərəfindən bu sahə üzrə tapşırılan digər işləri görmək

 

İş şərtləri:

· 5 günlük iş qrafiki/saat 09:00-dan 18:00-a qədər

· Əmək haqqı: 650-700 AZN.

· İş yeri Abşeron rayonu Qobu qəsəbəsi ərazisində yerləşir. Seçim zamanı əsasən bu ərazidə yaşayanlara üstünlük verilir.

· Nahar və Servis Şirkət tərəfindən təmin olunur

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini [email protected] elektron ünvanına mövzu yerinə “Satınalma mütəxəssisi” yazaraq göndərmələri xahiş olunur.

Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.

Tələblər

Əsas tələblər:

· Yaş: 21-25

· Təhsil: Satış, təchizat və ya iqtisadiyyat sahəsində ali və ya orta ixtisas təhsili

· Dil: Azərbaycan dili səlis, digər dil biliyi əlavə üstünlükdür.

· Microsoft Office proqramlarında işləmə bacarığı.

· ERP və digər mühasibat proqramlarında işləmək bacarığı

· Analitik düşüncə və detallara diqqət.

· Məsuliyyətlilik və operativlik.

· Komandada işləmə və effektiv ünsiyyət qurma bacarığı.

· Müştəri yönümlü yanaşma və problem həll etmə bacarığı.

Ümumi məlumat
Əlavə edilib: 04-12-2025
Əmək haqqı: 600 - 700 azn  
Əlaqə məlumatı
Əlaqə üçün e-mail: [email protected]
CV göndərmək

Vakansiya axtarışı