Vəzifə haqqında
Rentbutik car sharing xidmətinə ərazidə avtomobillərə nəzarət edəcək operativ və məsuliyyətli Sahə Nəzarətçiləri axtarırıq. Bu şəxs avtomobillərin düzgün parklanmasına, texniki vəziyyətinə və sistemdə səfərlərin qaydalara uyğunluğuna nəzarət edəcək.
Öhdəliklər
- Avtomobillərin təyin olunmuş zonalarda düzgün parklanmasına nəzarət
- Parklanma qaydası pozuntularının operativ aşkarlanması və həlli
- Sistem üzərindən səfərlərin (trip-lərin) düzgünlüyünün yoxlanılması
- Avtomobillərin gündəlik texniki vəziyyətinin qiymətləndirilməsi (təmizlik, təkər, şarj və s.)
- Zədələnmə və nasazlıqların aşkarlanması, foto/video ilə sənədləşdirilməsi
- İstifadəçilərin yerində üzləşdiyi problemlərə dəstək vermək
- Gündəlik hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi
Şirkət tərəfindən təmin olunur
- Xidməti telefon və mobil internet
- İş üçün lazım olan tətbiqlərə giriş
İş şəraiti:
- İş qrafiki: Həftədə 5 gün, növbəli qrafik
- Əmək haqqı: 500-600 AZN
Tələblər:
- B kateqoriyalı sürücülük vəsiqəsi (minimum 1 il təcrübə)
- Bakı şəhərini yaxşı tanımaq
- Mobil tətbiqlər və sistemlərlə işləmə bacarığı
- Avtomobillər haqqında baza səviyyəsində texniki bilik
- Məsuliyyətli, diqqətli və operativ olmaq
- Növbəli iş rejimində işləməyə hazır olmaq
Bütün uyğun namizədlər “Sahə Nəzarətçisi” mövzusu ilə [email protected] ünvanına öz CV-lərini göndərməyə dəvət edirik.
Əlavə suallar üçün 055-766-23-33 (WhatsApp) nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.


Baku 




Telegram
Facebook
Linkedin