Vəzifə öhdəlikləri:
Təsərrüfatın enerji təchizatını təmin edir;Enerji təchizatının fasiləsiz təmin edilməsi üçün gündəlik olaraq bütün təsərrüfatın enerji təchizatını yoxlayır və lazımi tədbirlərin görülməsinə qərar verir;Emal sexində, ərazidə, anbarlarda bütün birləşdiricilərin izolyasiya örtüyü ilə bağlamasına nəzarət edir;İşlək avadanlıqların istənilən vaxt ehtiyat avadanlıqları ilə dəyişdirilməsinə qərar verib təmin edir;Bütün ərazidə elektrik cihazlarının təhlükəsiz şəraitdə işləməsinə nəzarət edir;Bütün elektrik avadanlıqlarının texniki cəhətdən düzgün istismarı və təmirinə, enerjinin qənaətlə sərfinə nəzarəti təşkil edir;Enerji təsərrüfatının istismarı üçün lazım olan ehtiyat hissələrininəldə edilməsi üçün sifarişlərin və hesablamaların tərtibini planlaşdırır;Enerji qurğularının davamlı və təhlükəsiz işini təmin edir;Elektrik qurğularının, nəzarət - ölçü, elektrik cihazlarının təhlükəsiz istismarına, yeraltı qurğuların və kommunikasiyaların qorunması üzrə işlərin aparılmasına nəzarəti təmin edir;Elektrik cihazlarının təmiri və yoxlanılmasını qrafikə uyğun təşkil edir və vaxtaşırı bütün elektrik cihazlarının sazlığını yoxlayır;Təmir dövründə bütün işlək aqreqatların işləyib-işləməməsini yoxlayır;Elektrik avadanlıqlarının, həmçinin elektrik enerjisi sərfinin təhlilini aparır, qəzalar, onların statistikası və səbəblərini araşdırır və uçotunu təşkil edir;Enerji qurğularının daha gərgin şəraitdə işləməsi üzrə hazırlıq tədbirlərini işləyir və onların yerinə yetirilməsinə nəzarət edir;Elektrik avadanlıqlarının təkmilləşdirilməsinə dair səmərələşdirici təkliflər verir və qəbul edilmiş təkliflərin tətbiqini təşkil edir;Əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına riayət olunmasına nəzarət edir;Rəhbərliyin tapşırdığı digər işləri yerinə yetirir.
Tələblər
Ali təhsil;
Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi (İstehsalat üzrə);
Enerji təminatının təşkili, onun texniki istismarı qaydalarını və təmir aparılmasının texnologiyasını bilməli, plan - xəbərdaredici təmir sistemini və avadanlığın səmərəli istismarını təşkil etməli;
Elektrik avadanlıqlarının istehsal gücünü, texniki xarakteristikasını, konstruktiv xüsusiyyətlərini və iş rejimini (enerji istifadə edən qurğuların), onların istismar qaydalarını bilməli;
Emalın, əməyin və idarəetmənin təşkilinin əsaslarını bilməli;
Əməyin mühafizəsi, istehsalat sanitariyası, təhlükəsizlik texnikası və yanğından mühafizənin norma və qaydalarını bilməli;
Elektrik avadanlıqları ilə işləmə bacarığı;
Vaxtında doğru qərar qəbul etmək bacarığı;
Komanda işləmək bacarığı Fiziki olaraq sağlam;
Azərbaycan dili, Rus dili (arzuolunandır).
