MERÇENDAYZER (merçendayzer tapmaq üçün tələblər) Ə/H – 700-1000 AZN Şirkət: Distribyuter olaraq, "Koroğlu" MMC, 1992 -ci ildən etibarən Bakı şəhəri ilə yanaşı Respublikanın Şəhər və Rayonları üzrə bütün bölgələrində şirniyyat məhsullarının satışını həyata keçirir. Öhdəlikləri: 1. Marketlərdə məhsulları planoqrammaya uyğun yığılması; 2. Satış nöqtəsində şirkətin mallarının satış keyfiyyətinin və həcminin artırılması üçün vəzifə təlimatına uyğun xidmət göstərməlidir; 3. Məhsulların Rəf qiymətlərinə nəzarət etmək; 4. Məhsulların keyfiyyətinə,qablaşmasına və istifadə müddətinə nəzarət etmək; 5. Təqdimatların təşkili və ya onların təşkilində köməklik göstərmək; 6. Vitrinlərin və mağazanın digər hissələrinin promosyon məhsulları ilə bəzədilməsi; 7. Lazımi hesabatların aparılması və gündəlik hesabatlarını Supervayzerə vermək ;
Tələblər: -20-35 yaş xanımlara üstünlük verilir; -Səlis danışıq qabiliyyəti olmalıdır; -Rəfə mal yığmaq qabiliyyəti olmalıdır; -Müştərilərə məsləhət vermək bacarığı; -Təqdim etmə qabiliyyəti yüksək dərəcədə olmalıdır; -Ünsiyyətcil və gülərüz olmalıdır; -Komanda ilə işləməyi bacarmalıdır; - Analitik təhlil bacarığı; -Satış sahəsində təcrübəsi olması arzu ediləndir. İş şəraiti: -İş rejimi - 6 günlükdür; -İş saatı 09.00-18.00; -İstirahət vaxtı həftədə 1 gündür, bazar günü; -Sabit əmək haqqı (FİX) – 345 AZN ( Bonus sisteminə əsasən- 550 AZN-dək əlavə əmək haqqı hesablanılır ); -Ödənişli məzüniyyat; -AR əmək məcəlləsinə uyğun sənədləşmə; -Karyera yüksəlişi imkanı mövcuddur. Uyğun namizədlər [email protected] ünvananına mövzu hissəsində “MERÇENDAYZER” qeyd edərək müraciət edə bilərsiniz .