Memar
Avant Group MTK Baku Architectural
Tələblər
Share on Google+ Friend Feed Linkedid Twitter Share on facebook
Təsviri

Tikilən obyektlərin kompleks layihələrinin memarlıq hissəsinin (bölməsinin) işlənib hazırlanmasında iştirak etmək;

Memar – dizayn layihələrini oxuya bilmək və iş paketlərinin hazırlanmasında köməklik göstərmək;

Layihənin memarlıq hissəsinin digər bölmələrlə əlaqəsini, lazımi texniki sənədlərin komplektliyini, layihələşdirmənin bütün mərhələlərində layihə materiallarının həcmi azaldılmasını təmin etmək və s.

Layihə işlərinin müəyyən olunmuş vaxtda yerinə yetirilməsinə riayət edilməsinə, keyfiyyət və səmərəlilik göstəricilərinin artırılmasına, eləcə də qəbul olunmuş layihə tapşırıqlarının layihələşdirmə və tikinti üzrə qüvvədə olan normativ materiallara uyğunluğunu təmin etmək

Layihələndirilmiş obyektlərin tikintisinə müəllif nəzarəti etmək, istifadə olunan tikinti materiallarının, konstruksiyalarının, layihə üzrə təsdiq olunmuş məmulatların standartlara və tikintidə texniki şərtlərə uyğunluğuna nəzarət etmək;

Yerinə yetirilmiş işlər haqqında texniki hesabatın bölmələrini tərtib etmək;

Obyektlərdə ölçmə işlərinin aparılması və elektron formata yığılması

Eskiz və işçi layihələrin hazirlanmasıMemarlıq layihələrinin sahədə tətbiqi və ardıcılığına nəzarətin olunması

Dizayner və digər aidiyyəti şəxslərlə mütəmadi olaraq qarşılıqlı işləmək bacarığı;

Tender şöbəsinə təqdim etmək üçün layihələr üzrə spesifikasiyaların hazırlanması.

Tələblər

Ali təhsil: Memarlıq ixtisası üzrə bakalavr dərəcəsi;

İş təcrübəsi : Mülki tikinti sahəsində sahə memarı kimi ən azı 3-5 il iş təcrübəsi;

Dil bilikləri: Azərbaycan dili , Rus dili, (İngilis dili arzuolunandır)Archicad, Autocad, Excel proqramlarında işləmə bacarığı

Materiallar haqqında bilik;

Ümumi məlumat
Əlavə edilib: 03-07-2024
Əmək haqqı: razılaşma
Əlaqə məlumatı
Əlaqə üçün e-mail: [email protected]
CV göndərmək

Vakansiya axtarışı