Maliyyə üzrə mütəxəssis
GL ASC Baku Administrative
Tələblər
Share on Google+ Friend Feed Linkedid Twitter Share on facebook
Təsviri

Şirkət haqqında:

2016-cı ildən fəaliyyətə başlayan “GL” ASC müştərilərə “Sizin Lombard” brendi ilə çevik və keyfiyyətli xidmət göstərir. Bakı şəhəri və Respublikamızın bölgələrində 56 filial şəbəkəsi ilə müştərilərə daha yaxın və əlçatan olmaqla qızıl girovu əsasında sərfəli kredit əldə etməkdə geniş imkanlar yaradır.

Şirkətimizin prioritet məqsədlərindən biri də işçi heyətimizi gələcək uğurların təməli olan kapital kimi qiymətləndirməkdir.

İnsan kapitalının inkişafı, insan resurslarının idarə edilməsində çevik və müasir metodların tətbiqi, kollektiv arasında motivasiyanın yüksəldilməsi, bilik və bacarıqların artırılması yönündə müxtəlif layihələrdə iştirak, performans dəyərləndirməsi, keyfiyyətli iş mühitinin yaradılması prioritet məqsədlərimizdəndir.

“GL” ASC-yə Maliyyə departamentinə mütəxəssis vakansiyası elan edir

Öhdəliklər:

· Əsas vəsaitlər – balansa daxil etmə, amortizasiya, inventarizasiya və balansdan çıxarılması üçün təkliflərin işlənib hazırlanması;

· Şirkət tərəfindən bağlanmış təsərrüfat, icarə, mühafizə və s. müqavilələrin fiziki formada saxlanılması və onların elektron reestrinin aparılması;

· Şirkət üzrə nağdsız təsərrüfat əməliyyatların aparılması (əsas vəsaitlərin alınmasından başqa) – ödəməyə gələn hesabların yoxlanılması, müqavilələri ilə tutuşdurub məbləğlərin ödənilməsi və mühasibat yazışmalarının bankın proqramında yığılması və s.

Tələblər

Tələblər:

· Ali təhsil (İqtisadiyyat, Maliyyə və ya Biznesin idarə edilməsi üzrə)

· Azərbaycan dili - mükəmməl, ingilis və rus dili – arzu olunandır

· MS Office proqramları üzrə (xüsusilə, MS Excel) yüksək səviyyəli praktiki bacarıqlar

· Müvafiq proqram təminatları, iş və riyazi təfəkkür qabiliyyəti

· Ünsiyyət qurmaq qabiliyyəti, təşəbbüskarlıq və innovasiyalara açıqlıq

· Məsuliyyətlilik, operativlik, dəqiqlik, gərgin iş rejimində işləmək bacarığı

· Sahə üzrə ən azı 1 illik iş təcrübəsi

İş qrafiki:

Bazar ertəsi – Cümə: 09:00 – 18:00Göstərilən tələblərə cavab verən şəxslərin CV-lərini “Maliyyə üzrə mütəxəssis” başlığı ilə [email protected] elektron ü̈nvanına göndərmələri xahiş olunur.

Ünvan:

AZ1134, Bakı şəhəri. Asif Məhərrəmov küç 22A

Əlaqə nömrəsi :

(+994 51) 2303407

Vebsayt

www.sizinlombard.az

Email

[email protected]

Ümumi məlumat
Əlavə edilib: 19-03-2025
Əmək haqqı: razılaşma
Əlaqə məlumatı
Əlaqə üçün e-mail: [email protected]
CV göndərmək

Vakansiya axtarışı