Layihələr üzrə mütəxəssis
Fire Security MMC Baku Administrative
Tələblər
Share on Google+ Friend Feed Linkedid Twitter Share on facebook
Təsviri

- Layihənin işçi cizgilərini hazırlamaq;

- Obyektdə ölçmə işlərini aparmaq və onları daha sonra elektron formata keçirmək;

- Cizgi çəkmə qaydalarına və tələb olunan miqyasa uyğun olaraq eskiz sənədlər və yaxud obyektin canlı vəziyyətindən (orijinaldan) çertyoj işlərini aparmaq;

- Cizgi və digər sənədlər üzərində tələb edilən şərti işarələri və yazıları qeyd etmək;

- İş zamanı qəbul edilən layihə həllərini ümumi layihə ilə uzlaşdırır;

- Təhlükəsizliklə bağlı sifariş edilmiş işlərin obyektlərdə layihələrin işlənib hazırlanmasına texniki rəhbərliyi həyata keçirmək;

- Sahədə, layihənin vəziyyətini qiymətləndirərək sahə rəhbəri ilə fasiləsiz əlaqədə olmalıdır

- İşçilərin işinə nəzarət edərək keyfiyyət səmərəliliyini və inkişafın təmin edilməsini təşkil etməlidir

- Sahədə layihə sahibi və digər sahə mütəxəssisləri ilə mütəmadi olaraq əlaqə saxlanılması vacibdir

- Çalışdığı sahədə təhlükəsizlik və iş prinsipi qaydalarına riayət etməlidir

- Layihələrin hazırlanması üçün əlavə təlimat və şərhlərə dair təcrübə imkanı

 

İş rejimi :
- Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun sənədləşmə
- Həftə içi 5 gün(Bazar ertəsi-Cümə)
- Qeyri-iş günü:Şənbə və Bazar günü
- Saat: 09:00-dan - 18:00-dək

Yuxarıda qeyd edilən tələblərə
uyğun namizədlər öz CV formasını -
[email protected] - elektron poçt ünvanına göndərə bilərlər
(Elektron məktubun mövzu hissəsində “ Layihələr üzrə mütəxəssis” sözləri qeyd edilməlidir)

Tərəfimizdən yuxarıda göstərilən tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılıb müsahibə
mərhələsinə dəvət olunacaq

Tələblər

- Ali təhsil (inşaat , mühəndislik, memarlıq və ya bunlara bənzər sahədə)
- Layihə üzrə ən azı 2 il iş təcrübəsi
- Azərbaycan dilində sərbəst ünsiyyət bacarığı (türk,rus və ingilis dili biliyi arzuolunandır)
- AutoCAD,ARCHİCAD və digər mühəndislik proqramlarından (3D Max, SketchUp və s.) sərbəst şəkildə istifadə etmə bacarığı
- Qrup işində çalışmağa imkan verəcək müsbət keyfiyyətlərə , kommunikasiyada güclü və analitik düşünmə qabiliyyətinə sahib namizədlərə üstünlük veriləcəkdir

Ümumi məlumat
Əlavə edilib: 22-03-2023
Əmək haqqı: 800 - 1000 azn  
Əlaqə məlumatı
Əlaqə üçün e-mail: [email protected]
CV göndərmək

Vakansiya axtarışı